Süni intellekt əsaslı çat-botlar 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar
Ən böyük generativ süni intellekt xidmətləri 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar. Bu, Newsguard təşkilatının araşdırması ilə üzə çıxıb. 2025-ci ilin avqustunda ən iri 10 süni intellekt platforması halların 35%-də saxta xəbərlər yaradıb. 1 il əvvəl bu göstərici 18% səviyyəsində idi. Kəskin artım real vaxtda veb-axtarışın tətbiqi ilə əlaqələndirilir. İndi çat-botlar demək olar ki, suallara cavab verməkdən imtina etmirlər - imtina səviyyəsi 2024-cü ildəki 31%-dən hazırda 0%-ə düşüb.Amma bu, yeni bir problem yaradıb. Süni intellekt məlumatı “çirklənmiş” onlayn ekosistemdən götürməyə başlayıb.
Məsələn, ötən il 16 dildə fəaliyyət göstərən və saxta xəbərlər yayan 966 sayt aşkar edilib.Onlar iBusiness Day kimi şablon adlardan istifadə edərək real KİV-ləri təqlid edirlər. Məlumatın filtrasiya olunmasında ən zəif nəticəni Inflection modeli göstərib - o, halların 56.67%-də yalan cavab verir. Onun ardınca Perplexity gəlir - 46.67%. ChatGPT və Meta halların 40%-də səhv edirlər.