Çərşənbə axşamı, 21 Oktyabr 2025

Apple Siri-yə süni intellekt əsaslı axtarışı inteqrasiya edəcək

Apple şirkəti süni intellektin inkişafındakı mövcud tendensiyaları nəzərə alaraq bütün proqram təminatlarının funksional imkanlarını təkmilləşdirməli olur, lakin bunun üçün hər zaman öz resursları kifayət etmir. Gələn il şirkət süni intellekt ilə gücləndirilmiş və eyni zamanda səsli köməkçi Siri ilə inteqrasiya olunmuş axtarış alətini təqdim etməyi planlaşdırır. Bloomberg-in qeyd etdiyi kimi, şirkətin niyyətinə görə bu cür kombinasiyanın Apple-a OpenAI və Perplexity ilə daha yaxşı rəqabət aparmaq imkanı verməsi nəzərdə tutulur.

Yeni axtarış sisteminin işçi adı World Knowledge Answers-dır və bu, təxminən “qlobal bilik bazasından cavablar” kimi tərcümə olunur. Həmçinin sistemin Safari brauzeri və Spotlight ilə inteqrasiyası da planlaşdırılır. Onun gələn ilin yazında, Siri-nin növbəti yenilənməsi ilə birlikdə debüt etməsi gözlənilir. Apple bu halda axtarış sistemləri ilə işləmək üçün rəqiblərinin nümunəsində olduğu kimi böyük dil modellərindən istifadə etməyi planlaşdırır. Bu sahədə Apple üçün texnoloji tərəfdaş rolunda Google çıxış edə bilər. Heç olmasa, səsli köməkçi Siri-nin modernləşdirilməsinə məhz bu şirkət cavabdeh olacaq. Lazımi məlumatı tapmaq üçün mətn sorğularından, foto və videolardan, yerli görməli yerlərin geolokasiyasından, hətta smartfon ekranının məzmunundan istifadə etmək mümkün olacaq. Süni intellekt isə axtarış sorğusunun nəticələrindən daha rahat qavranılan xülasə təqdim edəcək. Mövcud halda Siri mürəkkəb sorğuların emalının öhdəsindən gələ bilmir, halbuki istifadəçilər artıq süni intellekt əsaslı çat-botlarla qarşılıqlı əlaqədə belə sorğular formalaşdırmağa öyrəşiblər. Yeni versiya Siri bir-biri ilə bağlı ardıcıl sorğuları dəstəkləyə biləcək ki, bu da axtarış nəticələrini daha da dəqiqləşdirməyə imkan verəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1835482
Bu gün
Bu həftə
Bu ay
Ümumi
118
3531
33875
1835482
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.