Cümə, 04 İyul 2025

NVIDIA ən büdcəli videokartı GeForce RTX 5050-ni təqdim edib

NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının ən büdcəli modelini təqdim edib. Söhbət, GeForce RTX 5050-dən gedir. Şirkətin bu yeni videokartı Blackwell arxitekturası əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 8 GB VRAM ilə 2560 ədəd CUDA nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 5060 modeli 3840 ədəd CUDA nüvəsinə sahibdir. Yeni RTX 5050-nin Boost rejimdə çalışma tezliyi 2.57 GHz, enerji sərfiyyatı isə 130 vatt təşkil edir. Sözügedən videokart NVIDIA-nın ray tracing və DLSS 4.0 texnologiyalarını dəstəkləyir.

Nəticədə RTX 5050 ucuz qiymətə gaming videokartına sahib olmaq istəyən istifadəçilər üçün ideal seçimdir. Videokart gələn ayın sonunda satışa çıxacaq və onun qiyməti 249$ təşkil edəcək. Müəyyən müddətdən sonra isə şirkət onun noutbuklar üçün nəzərdə tutulmuş versiyasını da təqdim etməlidir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1675907
Bu gün
Bu həftə
Bu ay
Ümumi
731
11422
8762
1675907
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.