Şənbə, 21 İyun 2025

Google axtarış nəticələrini audio icmallara çevirən funksiya test edilir

Google yeni Audio Overviews funksiyasının testinə başlayıb. Bu funksiya mobil cihazlarda axtarış nəticələrinin ilk səhifəsində generativ neyroşəbəkələrdən istifadə edərək audio icmallar yaradır. Təcrübi funksiyanın köməyi ilə istifadəçi öz sualına bir növ podkast üslubunda cavab ala biləcək – burada süni zəka sanki özü ilə söhbət edir. Məsələn, istifadəçi “Küy azaldıcı qulaqlıqlar necə işləyir?” sualını verdikdə, “People also ask” bölməsində Generate Audio Overview adlı bir düymə peyda ola bilər.

Bu düyməyə klik edildikdə, süni zəka tərəfindən mövzu üzrə iki aparıcının danışığı formatında qısa podkast icmalı yaradılır.Audio faylın generasiyası adətən 30-40 saniyə çəkir. Yaradılan səs faylı birbaşa axtarış nəticələrinə yerləşdirilir və mini player vasitəsilə idarə olunur - istifadəçi səsi işə sala, dayandıra, sürəti tənzimləyə və səsi söndürə bilər. Playerin altında isə bu icmalın yaradılmasında istifadə olunan mənbələrə keçidlər göstərilir: Uyğun məzmunlu səhifələr, məqalələr və digər açıq materiallar.

Bu funksiya daha əvvəl mətn, şəkil və audio generasiyası üçün universal multimodal platforma kimi təqdim olunmuş Gemini dil modeli əsasında işləyir. Audio Overviews, bu modelin Google-un axtarış məhsullarına inteqrasiyasının davamıdır. Bənzər bir funksiya əvvəllər NotebookLM layihəsində də tətbiq olunmuşdu. Burada süni zəka istifadəçinin sənədləri əsasında audio xülasələr yaradırdı. Audio Overviews funksiyasının testləri Search Labs təşəbbüsü çərçivəsində həyata keçirilir və hazırda yalnız ABŞ-da yaşayan və ingilis dilini seçmiş istifadəçilər üçün əlçatandır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1652914
Bu gün
Bu həftə
Bu ay
Ümumi
752
9487
26190
1652914
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.