Instagram-da paylaşımların repost funksiyası yenidən test edilir

Digər tərəfdən, bəzi istifadəçilər bu funksiyanı müsbət qarşılayacaqlar, çünki bu imkan onlara maraqlı kontenti daha geniş auditoriyaya çatdırmaq və digər platformalarda olduğu kimi yaymaq imkanı verəcək. Hazırda Instagram istifadəçiləri başqasının paylaşımını yalnız hekayələrində bölüşə bilirlər. Yeni repost funksiyası isə həmin paylaşımların birbaşa lentdə yenidən paylaşılmasına imkan verəcək. Bununla yanaşı, istifadəçilər artıq kontenti təkrar paylaşmaq üçün fərqli yollar axtarmağa və üçüncü tərəf tətbiqlərindən istifadə etməyə məcbur qalmayacaqlar.
Kontent müəllifləri üçün bu funksiya auditoriya əhatəsini artırmaq baxımından faydalı ola bilər. Üstəlik, Instagram artıq orijinal müəlliflərə istinad edilmədən təkrar paylaşılan mem və fotoşəkillərlə doludur. TechCrunch-un fikrincə, bu funksiyanın əlavə olunması kontent müəlliflərinin hüquqlarının tanınmasına və yayılan materialda onların müəllifliyinin təsdiqinə kömək edə bilər. TechCrunch hesab edir ki, Instagram üçün repost funksiyasını tətbiq etmək məntiqlidir, xüsusən də bu format artıq Threads, TikTok kimi digər sosial şəbəkələr tərəfindən qəbul edildiyi halda. Qeyd olunur ki, Twitter (indiki X) platformasında buna bənzər retweet funksiyası hələ 2009-cu ildə istifadəyə verilmişdi.