Şənbə, 21 İyun 2025

Çində uğurla insan beyninə implant yerləşdirilib

ABŞ, iflic olmuş insanların kompüteri birbaşa düşüncə vasitəsilə idarə etməsinə imkan verən beyin implantlarının hazırlanmasında yeganə ölkə deyil. Bu sahədə ən çox tanınan layihə Elon Musk-ın rəhbərlik etdiyi Neuralink startapıdır. Lakin son vaxtlar Çin də insan beyninə neyroimplantın yerləşdirilməsi ilə bağlı klinik sınaqları uğurla həyata keçirib. Bu barədə Global Times nəşrinə istinadən Bloomberg məlumat verib və vurğulayıb ki, Çin bu istiqamətdə uğur qazanan ikinci ölkə olub. Verilən məlumata görə, 4 ətrafı iflic olmuş bir pasient bu ilin mart ayında beyin implantı əməliyyatı keçirib.

Hazırda o, kompüter oyunlarında, o cümlədən yarış simulyatorlarında və şahmatda siçan kursorunu idarə etməyi bacarır.Əməliyyat beyin problemlərini araşdıran Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Çin mənbələrinin bildirdiklərinə görə, hazırda Çində hazırlanmış beyin implantı dünyanın ən kompakt implantıdır. Onun diametri 26 mm, gövdəsinin qalınlığı isə 6 mm-dir. Çinli mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu implant istifadə baxımından Neuralink həllindən 100 dəfə daha çevikdir. Növbəti mərhələdə Çin alimləri pasienti düşüncə gücü ilə robotik manipulyatoru idarə etməyə - əşyaları tutmağa və içki olan stəkanı saxlamağa - öyrətməyi planlaşdırırlar. Hər şey plan üzrə getsə, bu beyin implantı Çin tənzimləyici qurumları tərəfindən təsdiq alacaq və təxminən 2028-ci ildə bazara çıxarılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653076
Bu gün
Bu həftə
Bu ay
Ümumi
914
9649
26352
1653076
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.