Meta AI hamının çat yazışmalarını ortaya çıxarmağa başlayıb
Meta AI çat-bot tətbiqindəki Discover bölməsi artıq digər istifadəçilərin süni zəka ilə apardıqları yazışmaları göstərməyə başlayıb. Bu yazışmalarda bəzən şəxsi məlumatlar və həssas xarakterli informasiyalar yer alır. Qeyd olunur ki, istifadəçilər bu məlumatların paylaşılmasına açıq şəkildə öz razılıqlarını verirlər. Məsələn, yazışmalardan birində Ayovadan olan 66 yaşlı tənha bir kişi, öz sözlərinə görə, hansı ölkələrdə qadınların yaşlı kişiləri daha çox sevdiyini öyrənməyə çalışır və bildirir ki, əgər gənc bir qadınla tanış olsa, həmin ölkəyə köçməyə hazırdır.
Meta AI onun niyyətini təsdiqləyir və ona Aralıq dənizi ölkələrini - xüsusilə İspaniya və İtaliyanı, eləcə də Şərqi Avropanı tövsiyə edir. Discover bölməsindəki bəzi çatlar zərərsizdir.Orada səyahət marşrutları və yemək reseptləri müzakirə olunur.