Şərur
ŞƏRUR FİLİALI

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialında hazırda 27 qrup, 31 fərdi olmaqla ümumilikdə 172 nəfər dinləyici təhsil alır. Bütün illər ərzində mərkəzin tam kursunu bitirən dinləyicilər rayonun müxtəlif idarə və təşkilatlarında, həmçinin özəl sektorunda müvafiq işlə təmin olunurlar.
Mərkəzdə aşağıdakı kurslar tədris olunur:
- Windows 7 Əməliyyat sistemi
- MS Office 2013 (MS Word, MS Excel, MS Power Point, MS Access)
- İnternet Explorer
- İngilis dili
- Riyaziyyat-Robotexnika
- “İT” texnikliyi
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialında təhsil alan dinləyicilərin öz bilik və bacarıqlarını təkmilləşdirmələri, həmçinin peşəkar və təcrübəli kadr kimi yetişmələri üçün il ərzində mərkəz tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin yekununda qalib olan dinləyicilər təşkilatçılar tərəfindən “Fəxri Fərman”, “Təşəkkürnamə” və qiymətli hədiyyələrlə təltif edilir.
İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialının kollektivi il ərzində rayonun ictimai və siyasi tədbirlərində yaxından iştirak edir.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa Rayon Filialı 2002-ci ildən bəri fəaliyyət göstərir. Tədris Mərkəzində kompüter və ingilis dili dərsləri fərdi və qrup şəklində tədris olunur. Kompüter kursları tədris proqramına Windows 10, Microsoft Office 2019 (Word, Excel, Powerpoint) və İnternet mövzuları daxildir. İngilis dili tədris proqramına isə ingilis dilinin müxtəlif kateqoriyalardan olan (beginner, elemantry, pre-intermediate, intermediate, upper-intermediate, advanced) səviyyələri üzrə dərslər daxildir. İngilis dilində sərbəst ünsiyyət qurmaq, bilik və bacarıqlarınızı daha da təkmilləşdirmək üçün filialımızın peşəkar müəllim kollektivinin imkanlarından sizlərdə yararlana bilərsiniz. Kurslarımızı müvəffəqiyyətlə bitirən dinləyicilərimiz iki mərhələdən ibarət olan (yazılı və şifahi) imtahanlarda yüksək nəticə göstərdikdən sonra şəhadətnamələrlə təmin olunurlar. İmtahanların tam qapalı və şəffaf formada keçirilməsinə zəmanət verilir.