Şənbə, 30 May 2026

Məqalələr

test fond cedvel

Naxçıvan  Muxtar  Respublikasında  Azərbaycan  Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna köçürülən vəsaitlər barədə 

MƏLUMAT (Ümumi siyahı)

 

Hüquqi və ya Fiziki şəxsin adı

Məbləğ

1

Talıbov Vasif Yusif oğlu

3300 AZN

2

 

 

3

 

 

 

 

Yeni “Xiaomi” proqramı kompüter və smartfonu birləşdirəcək

“Xiaomi” şirkəti istifadəçiyə noutbukda smartfonun funksionallığından istifadəyə imkan verən “Device Control” adlı əlavə hazırlayır. Bu, “Huawei Share” kimi rəqib həllərə və analoji “Samsung” və “Microsoft” texnologiyalarına cavabdır.

 Hazırda “Device Control” proqramı qabaqcıl “Mi10 Ultra” smartfonunda “MIUI 12” proqram təminatlı beta versiyasında istifadəyə verilib. Populyar “XDA Developers” tərtibatçılar forumunun həvəskarları qeyd edib ki, proqramın funksionallığı “Windows” əməliyyat sistemli noutbuklarla birləşdirilən zaman “Samsung” həllini təkrarlayacaq.

 “Device Control” əlavəsindən yararlanan istifadəçilər smartfonu birbaşa kompüterdən idarə edə biləcəklər. Bu funksiya proqramda “Screen Combo” adlanır: onun aktivləşdirilməsi zamanı smartfonun ekranı “Wi-Fi” vasitəsilə kompüterə faylları ikonkaların yerini dəyişməklə ötürmə imkanı ilə translyasiya edilir.

 

Bundan başqa, “Device Control” vasitəsilə smartfonda eyni anda bir neçə əlavəni işə salaraq fərdi kompüterdə müvafiq pəncərələri açmaq mümkün olacaq. Hazırda yeni proqram yalnız bir noutbuk modeli – “Xiaomi Mi Notebook Pro 2020” tərəfindən dəstəklənir.

“XDA Developers” iştirakçılarının sözlərinə görə, “Device Control” proqramının test versiyasının sentyabrda, stabil variantının isə oktyabrda istifadəyə veriləcəyi gözlənilir.

 

Çərçivəsiz “Lenovo ThinkVision” monitoru təqdim edilib

Çinin “Lenovo” şirkəti 27 düym diaqonallı və “2К” (2560 × 1440 piksel) təsvir ölçülü ekranla təchiz edilən “ThinkVision” adlı yeni monitor təqdim edib.

Qurğunun displeyinin ətrafına çərçivə quraşdırılmayıb. Ekran monitorun ön səthinin 92 faizini əhatə edir. Qurğu “Rec.709” və “sRGB” rəng standartlarını 99 faiz, eləcə də “DCI-P3” rəng sahəsini 85 faiz əhatə etməsi ilə seçilir.

Monitorun xarici görünüşü xüsusi diqqət cəlb edir. O, klassik qara rəngdə hazırlanıb və düzbucaqlı formalara malikdir. Geniş tənzimləmə imkanlarına malik altlıqda smartfonun quraşdırılması üçün qırmızı çərçivə ilə bəzədilmiş xüsusi yer nəzərdə tutulub. Monitor “USB Type-C” konnektoruna enerji ötürmək imkanına malik enerji bloku ilə təchiz edilib. O, mobil qurğuları enerji ilə doldurmağa imkan verir.

Avqustun 18-dən etibarən satışa çıxarılacaq qurğunun xüsusiyyətləri onun qiymətinə uyğundur. Əvvəlcə Çində, daha sonra digər regionlarda satışa çıxarılacaq “Lenovo ThinkVision” monitorunun qiyməti 274 dollar təşkil edəcək.

Onlayn qeydiyyat

İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində tədris olunan

kurslara onlayn qeydiyyat

 

 

Form not found or is not published

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.