Şənbə, 30 May 2026

Məqalələr

Distant təhsil


DİSTANT TƏHSİL NƏDİR?


Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.

Məsafəli təhsil(Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələrə, şagirdlərə faks, poçt və ya e-poçt kimi üsullarla ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.
Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmləndirən bir proqram olaraq da şərh olunur.

Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsili uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr Distant Təhsilə böyük önəm verirlər.

İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, video vasitələrinin, CD-ROM və internet üzərindən həyata keçirilən online kursları istifadəsinin yayılmasıyla uzaqdan təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanmışdır.

 

Distant Təhsilin Funksiyaları və Üstünlükləri

Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.

Müştəri xidmətləri


 Müştəri Xidmətləri


Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Müştəri Xidmətləri bölməsi abunəçilərə nümunəvi xidmətlər göstərir. Müştəri Xidmətləri bölməsi abunəçilərdən daxil olan təklif və şikayətlərin qiymətləndirilməsi, araşdırılması, analiz edilməsi və vaxtında operativ tədbirlərin görülməsi sahəsində öz işini peşakar səviyyədə qurmuşdur. Həmçinin bölmədə yaradılan qaynar xətt (545-69-64) vasitəsilə abunəçilərdən daxil olan zənglərin cavablandırılması və qeydiyyatının aparılması xidmətləri günün tələblərinə uyğun şəkildə təşkil olunur. Abunəçilərdən daxil olan zənglərin qeydiyyatı aparıldıqdan sonra abunəçi tərəfindən qeyd  olunmuş nöqsanların vaxtında və keyfiyyətli həlli istiqamətində bu sahə üçün ayrılmış xüsusi mütəxəssislər tərəfindən ünvanda dəqiq və keyfiyyətli xidmətlər göstərilir.

Gündəlik fəaliyyət sahələrimizdən biri də yeni qoşulmalarla (müraciətlərlə) əlaqədar sənədləşmə işlərinin həyata keçirilməsdir. Bölmədə abunəçilərdən daxil olan müraciətlərin qəbulu hər iş günün birinci yarısınadək (13:00-dək), abunəçiyə təhvil verilməsi isə günün ikinci yarısı (17:00-dan) sonra həyata keçirilir.

Müştəri xidmətləri bölməsi həftənin bütün iş günləri xidmətinizdədir.

 


Veb mail xidməti 


Nakhchivan.az abunəçilərinə Nakhchivan.az saytının pulsuz E-poçt xidmətindən istifadə etməyinizi təklif edir. E-poçt xidmətimiz 5MB həcmində və istifadə edilməsi çox əlverişli olmaqla internetə rahat və sürətli əlaqə yaratmağınıza imkan yaradır. Bunun üçün bizə müraciət edin!

Statik İP


STATİK İP


Statik İP adları adından göründüyü kimi dəyişməz, daim eyni İP-lərdir. Statik İP adresləri ayrıca İP adresləri adlanır. İP İnternet Protokolu Ünvanıdır.

Evimizdə və ya mobil cihazlarımızda istifadə etdiyimiz İPlər statik İP, alınmadığı təqdirdə dinamik İP ünvanları kimi istifadə olunur. İnternetdən asılı olaraq işləyən hər cihazda bir İP var. İPlər statik və dinamik İP-lərə bölünür. İP ünvanları bir telefon nömrəsi kimidir və cihazınızın internetə qoşulmasına və digər saytlara daxil olmasına imkan verən ünvanlardır.

İP ünvanları müəyyən bir protokol vasitəsilə müəyyən edilir və məhdud sayda İP ünvanları mövcuddur. Sabit bir İP adresindən istifadə edirsinizsə, cihazınız yalnız o ünvana qoşularaq işləyir, ancaq dinamik bir İP ünvanından istifadə edirsinizsə, İnternetə qoşulduğunuz zaman bu İP cihazınıza təyin olunur.

                                                  

Statik İP-nin üstünlükləri?

Statik İP ünvanları yalnız digər internet istifadəçiləri ilə bölüşmədiyiniz xüsusi İP ünvanlardır. Xüsusilə yerli şəbəkələrdə və ofis internet şəbəkələrində təhlükəsizlik baxımından istifadə edilməsi tövsiyə olunur. Eyni zamanda, internet sürətində də böyük fərq ola bilər. Şəxsi İP satın alaraq, İSS-in vəd etdiyi internet sürətini dinamik İP adreslərindən daha səmərəli istifadə edə bilərsiniz.

Eviniz və ya ofis internetiniz üçün sabit bir İP adres almaq istəyirsinizsə, Naxçvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. (545-69-64) 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.