Çərşənbə axşamı, 14 Yanvar 2025

Yeni batareya sayəsində telefonların qalınlığı plastik kartlardakı kimi olacaq

Çalmers Texnologiya Universitetinin isveçli tədqiqatçıları həm yükə davamlı struktur kimi, həm də enerjinin saxlanması üçün istifadə edilə bilən struktur batareya işləyib hazırlayıblar.

Karbon lifindən hazırlanmış akkumulyator alüminium kimi möhkəm olsa da, çəkisi ondan xeyli azdır.

Akkumulyator mobil telefonun korpusunu, avtomobilin damını və hətta təyyarənin korpusunu əvəz edə bilər. Bu materialdan hazırlanmış batareya elementi tükdən təxminən üç dəfə qalındır və tədqiqatçıların fikrincə, nəzəri olaraq mobil telefonları kredit kartları qədər nazik edə biləcək.

 

Elektrikli nəqliyyat vasitələrinə gəldikdə, tədqiqatçıların sözlərinə görə, hazırda karbon lifli batareyadan kifayət qədər enerji əldə etmək mümkün deyil.

Avtomobil akkumulyatorları təkcə mühərrikləri deyil, həm də stereo, iqlim və işıqlandırma sistemlərini də qidalandırır, bu da elektromobillərin yürüşünə təsir edir

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.