Çərşənbə axşamı, 23 Aprel 2024

Windows 11 əməliyyat sisteminə əlavə edilən əlverişli yenilik ilə ekran görüntülərindən mətn kopyalamaq mümkündür.

Microsoft şirkətinin ən son təqdim etdiyi Windows 11 əməliyyat sistemi daim təkmilləşir. Belə ki, indi Windows 11 əməliyyat sisteminə əlavə edilən əlverişli yenilik ilə ekran görüntülərindən mətn kopyalamaq mümkündür. Yəni Snipping Tool proqramı artıq işimizi asanlaşdıracaq. Əslində bu xüsusiyyət hazırla bir çox android və iOS cihazlarında istifadə olunur. Microsoft rəqiblərindən geri qalmayaraq bu yeniliyi kompüterlər üçün də əlçatan edir.

 Bildiyimiz kimi, Snipping Tool proqramı istənilən pəncərədə anlıq ekran görüntüsü almağımıza, habelə onun ölçülərini dəyişdirməyimizə kömək edirdi. Bundan əlavə bu proqram vasitəsi ilə şəkillərə fon bulanıqlığı da əlavə etmək olurdu. İndi isə Windows 11 əməliyyat sisteminə əlavə edilən əlverişli yenilik ilə Snipping Tool proqramı vasitəsilə çəkilən ekran görüntülərindən mətnləri də seçmək olacaq. Artıq insayderlə bu yenilikləri sınaqdan keçirib və Snipping Tool ilə Photos proqramlarının yeni halı ilə tanış olub.

Qeyd edək ki, əməliyyat sisteminə foto ilə bağlı əlavə edilən yeni funksiyalar əsasn Windows Photos proqramına şamil edilir. İnsayderlər artıq arxa planın bulanıqlaşdırılması, OneDrive fotolarında məzmun axtarışı, məkan axtarışı və Samsung və Google hərəkətli fotolar üçün dəstək daxil olmaqla yenilənmiş Şəkillər proqramını sınaqdan keçirə bilərlər. Fon bulanıqlığı funksiyası artıq avtomobil olaraq fotoşəklə uyğun fon seçəcək və arxa fonu bulanıqlaşdıracaq. Hətta istifadəçilər bu bulanıqlığın intensivliyini də tənzimləyə biləcək. Əlavə olaraq qeyd edək ki, Microsoft gələn həftə 21 sentyabr tarixində Nyu-Yorkda tədbir keçirəcək və burada Windows, Office, Surface, Bing və digərləri üçün süni intellektlə işləyən yeni funksiyaları elan edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi