Cümə axşamı, 28 Mart 2024

Qlobal internet trafikdə botların payı getdikcə artır

Verilmiş məlumata əsasən 2022-ci ildə bütün internet trafikinin 47.4%-i botlara aid olub. Bu isə 2021-ci ildəki göstəricidən 5.1% yüksəkdir. İnsanlar tərəfindən generasiya edilən internet trafik göstəricisi 2022-cin ildə 52.6% təşkil edərək son 8 ildə ən aşağı səviyyəyə düşüb. Artıq dördüncü ildir ki, internet trafik mövzusunda botların payı getdikcə artır. Söhbət, qeyri-qanuni məqsədlərdə istifadə edilən botlardan gedir. Bu cür botlara çoxlu sayda insanlara spamların göndərilməsi, casusluq, 

DDoS hücumlar və veb saytların hack edilməsi üçün nəzərdə tutulmuş botlar daxildir. 2022-ci ildə onların internet trafikindəki payları 30.2%-ə qədər yüksəldi. Bu isə 2021-ci ildəki göstəricidən 2.5% yüksəkdir. Məlumata əsasən həmçinin qeyri-qanunu məqsədlər üçün istifadə edilən botlar daha qəliz olublar. Onlar təkmilləşdirilmiş botlar sinifinə daxildirlər və 2022-ci ildə onlar internet trafikinin 51.2%-ni əhatə ediblər. 2021-ci ildə bu göstərici 25.9% təşkil etmişdi. Botların hücumlarına daha çox turizm (24.7%), pərakəndə satış (21%) maliyyə servisləri (12.7%) kimi sahələr məruz qalıblar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi