Cümə axşamı, 23 May 2024

“Bakcell” 5G texnologiyasını istifadəyə verib

“Bakcell” 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur.

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını “Huawei”, “Xiaomi”, “OnePlus”, “Poco” və “Vivo” smartfonlarının sahibləri istifadə edə bilər.

“Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar.

Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi