Cümə axşamı, 01 Dekabr 2022

2022-ci ildə istifadəçilər tərəfindən ən çox istifadə edilmiş şifrələrin antireytinqi təqdim edilib

NordPass servisi hər il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələrin antireytinqini təqdim edir. Bu il də istisna olmayıb. Servis tərəfindən tərtib olunan antireytinq özündə həmçinin hackerlərin həmin şifrələri hack etmək üçün sərf etdikləri zamanı da birləşdirir. Məlumatda qeyd edilib ki, reytinqdə əks olunan zaman göstəriciləri nisbidir və müxtəlif faktorlardan asılıdır. Beləliklə bu il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələr siyahısında birinci yeri “password” tutub.

    Məlumata əsasən hacker sözügedən şifrəni ortalama olaraq 1 saniyəyə hack edir.

   Analiz edilmiş istifadəçi bazasına əsasən 4 929 113 nəfər insan məhz bu şifrədən istifadə edir. Antireytinqin ikinci pilləsində “123456” şifrəsi qərarlaşıb. Ondan 1 523 537 nəfər insan istifadə edir və hansısa hackerin onu hack etməsi üçün 1 saniyə vaxt lazımdır. Antireytinqin üçüncü yerini “123456789” şifrəsi tutub. Məlumatda qeyd edilib ki, sözügedən şifrədən 413 056 nəfər insan istifadə edir. Hacker bu şifrəni də 1 saniyəyə hack edə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi