Cümə, 27 May 2022

"WhatsApp" elə bir yenilik etdi ki... - Artıq heç nə gizli qalmayacaq

"WhatsApp" yeni funksiyasını açıqlayıb.

"WhatsApp” milyonlarla insanın səbirsizliklə gözlədiyi yeni funksiyasını açıqlayıb. İstifadəçilərin uzun müddətdir gözlədiyi son görülmə seçimi nəhayət tətbiqə əlavə edilib.

Yeni funksiya əsasən, artıq "WhatsApp"ın bəzi məxfilik xüsusiyyətlərini qapalı və ya yalnız seçdiyiniz insanlara açıq olacaq şəkildə fərdiləşdirə bilərsiniz.

 Bu parametrdən istifadə etmək istəyən istifadəçilər "Məxfilik" seçiminə daxil olub, "Son Görülmə" bölməsinə keçə və yeni əlavə edilmiş "Mənim kontaktlarım istisna olmaqla" seçimindən gizlətmək istədikləri kontaktları seçə biləcəklər.

Qeyd edək ki, seçilmiş kontaktlar üçün son görülmə söndürüldükdə onların statusu görünməyəcək.

Yeni funksiyanın tezliklə "WhatsApp”da rəsmi olaraq istifadəyə veriləcəyi və bütün istifadəçilərə çatacağı gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi