Bazar, 16 Yanvar 2022

Qualcomm yeni nəsil barmaq izi skanı texnologiyasını təqdim edib

Qualcomm şirkəti ultrasəs texnologiyası əsasında çalışan yeni nəsil barmaq izi skanını təqdim edib. Təqdim edilmiş yeni nəsil barmaq izi skanı texnologiyası 3D Sonic Max adlanır. Sözügedən barmaq izi skanı texnologiyasının əsas özəllikləri arasında onun ekran üzərində daha çox sahəni əhatə etməsi, daha yüksək səviyyəli təhlükəsizliyə sahib olması və barmaq toxunuşuna yüksək sürətlə reaksiya verməsi var. Optik barmaq izi skanından fərqli olaraq ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı öz yüksək etibarlılığı ilə seçilir. Belə ki, sözügedən texnologiya barmaq izinin strukturunu skan edə bilir. 0.2 mm qalınlığa sahib 3D Sonic Max istənilən növ smartfon ekranı ilə uyğunlaşa bilir.

 Bura həmçinin qatlana bilən smartfon ekranları da daxildirlər. Skanerin əhatə sahəsinin böyüməsi həmçinin onun barmaq toxunuşuna sürətlə reaksiya verməsinə imkan verir. Beləliklə sözügedən barmaq izi skanı texnologiyası 0.2 saniyəyə smartfon ekranını blokdan çıxarda bilir. Qualcomm-un verdiyi məlumata əsasən 3D Sonic Max-ın performans göstəriciləri də yaxşılaşdırılıb. Belə ki, o, barmağın hətta yaş və ya çirkli olduğu anda da toxunuşa reaksiya verə bilir. Bu, skan texnologiyasının çoxlu sayda biometrik məlumatları yığması ilə əlaqələndirilir. Əvvəlki modeldə olduğu kimi 3D Sonic Max da eyni anda iki barmaq vasitəsilə skan özəlliyini dəstəkləyir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi