Çərşənbə axşamı, 30 Noyabr 2021

Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki versiyalardan tam yeni xarici görünüş və texniki özəlliklər ilə fərqlənirlər. Yeni MacBook Pro modelləri mini-LED texnologiyası əsasında hazırlanmış ekranlar və Apple şirkətinin fərdi güclü prosessorları ilə təchiz olunublar. MacBook Pro (2021) modeli iki versiyada təqdim olunub. Onlardan biri 3024x1954 piksel keyfiyyətli 14.2 düym ekrana, digəri isə 3456x2234 piksel keyfiyyətli 16.2 düym ekrana sahibdir.

 Hər iki versiyanın ekranı mini-LED texnologiyası əsasında hazırlanmış Liquid Retina XDR-dır. Adi istifadə zamanı noutbukların ekranlarının maksimal parlaqlıqları 1000 nitHDR formatında kontentin izlənməsi zamanı isə 1600 nit təşkil edir. Bundan əlavə olaraq noutbukların ekranları 120 Hz-ə kimi təsvir yenilənməsinin adaptiv tənzimlənməsinə sahib ProMotion funksiyasını dəstəkləyirlər.

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki versiyalardan tam yeni xarici görünüş və texniki özəlliklər ilə fərqlənirlər. Yeni MacBook Pro modelləri mini-LED texnologiyası əsasında hazırlanmış ekranlar və Apple şirkətinin fərdi güclü prosessorları ilə təchiz olunublar. MacBook Pro (2021) modeli iki versiyada təqdim olunub. Onlardan biri 3024x1954 piksel keyfiyyətli 14.2 düym ekrana, digəri isə 3456x2234 piksel keyfiyyətli 16.2 düym ekrana sahibdir. Hər iki versiyanın ekranı mini-LED texnologiyası əsasında hazırlanmış Liquid Retina XDR-dır. Adi istifadə zamanı noutbukların ekranlarının maksimal parlaqlıqları 1000 nitHDR formatında kontentin izlənməsi zamanı isə 1600 nit təşkil edir. Bundan əlavə olaraq noutbukların ekranları 120 Hz-ə kimi təsvir yenilənməsinin adaptiv tənzimlənməsinə sahib ProMotion funksiyasını dəstəkləyirlər.

Sözügedən prossessorlar barədə ətraflı məlumatları növbəti xəbərimizdən əldə edə bilərsiniz. Beləliklə Apple şirkətinin fərdi prosessorlarına keçid etməklə yeni MacBook Pro modellərinin çalışma müddətlərində də artım olub. Belə ki, 14.2 düym ekrana sahib model video izləmə rejimində 17 saat, 16.2 düym ekrana sahib model isə 21 saat çalışa bilir. İlk dəfə olaraq Apple öz noutbuklarında sürətli şarj texnologiyasını reallaşdırıb. Bunun sayəsində noutbuklar 50% enerjini 30 dəqiqlə ərzində yığa bilirlər. Həmçinin noutbuklarda təkmilləşdirilmiş soyutma sistemi reallaşdırılıb və şirkətin sözlərinə əsasən bəzi hallarda soyutma sisteminin çalışmasına ümumiyyətlə ehtiyac olmayacaq.

Qeyd etmək lazımdır ki, Apple şirkətinin əvvəlki noutbuk modellərində yalnız USB Type-C girişi mövcud idi. Lakin yeni MacBook Pro modellərində Apple digər girişləri geri qaytarmağı qərara alıb. Beləliklə yeni MacBook Pro modellərində HDMI girişi və SD kart girişi reallaşdırılıb. Maraqlısı ondadır ki, 14.2 düym ekrana sahib MacBook Pro modelinin versiyalarından biri məhdud göstəricilərə sahib M1 Pro prosessoru ilə təchiz olunacaq. Belə ki, həmin MacBook Pro modelində olacaq M1 Pro prosessoru 8 nüvəyə və 14 nüvəlik qrafik sürətləndiriciyə sahib olacaq. Ən əsas dəyişikliklərdən biri də odur ki, Apple yeni MacBook Pro modellərində sensorlu Touch Bar panelindən imtina edib. Onun yerinə şirkət ənənəvi funksional düymələri yerləşdirib. MacBook Pro (2021)-in satışlarına gələn həftə start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 14 nüvəlik qrafik sürətləndiriciyə sahib 8 nüvəli M1 Pro prosessoru, 16 GB RAM və 512 GB SSD ilə təchiz olunmuş 14.2 düym ekranlı MacBook Pro - 1999$

- 16 nüvəlik qrafik sürətləndiriciyə sahib 10 nüvəli M1 Pro prosessoru, 16 GB RAM və 1 TB SSD ilə təchiz olunmuş 14.2 düym ekranlı MacBook Pro - 2499$

- 16 nüvəlik qrafik sürətləndiriciyə sahib 10 nüvəli M1 Pro prosessoru, 16 GB RAM və 512 GB SSD ilə təchiz olunmuş 16.2 düym ekranlı MacBook Pro - 2499$

- 16 nüvəlik qrafik sürətləndiriciyə sahib 10 nüvəli M1 Pro prosessoru, 16 GB RAM və 1 TB SSD ilə təchiz olunmuş 16.2 düym ekranlı MacBook Pro - 2699$

- 32 nüvəlik qrafik sürətləndiriciyə sahib 10 nüvəli M1 Max prosessoru, 32 GB RAM və 1 TB SSD ilə təchiz olunmuş 16.2 düym ekranlı MacBook Pro - 3499$

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi