Çərşənbə axşamı, 30 Noyabr 2021

Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim edib

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkətinin yeni M1 prosessorları ilə təchiz olunublar. Söhbət, M1 Pro və M1 Max-dan gedir. Sözügedən prosessorlar xüsusi olaraq professional tapşırıqlar üçün nəzərdə tutulublar və bununla yanaşı onlar minimal enerji sərfiyyatı tələb etməklə yüksək performans təqdim edirlər. Beləliklə Apple şirkətinin yeni M1 Pro və M1 Max prosessorları 5 nanometrlik texnoloji proses əsasında hazırlanıblar.

M1 Pro modeli özündə 33.7 milyard tranzistoru birləşdirir. Onun tərkibinə 10 nüvəli mərkəzi prosessor və 16 nüvəli qrafik sürətləndirici daxildir. Prosessora inteqrasiya edilmiş RAM yaddaşının çalışma sürəti saniyədə 200 GB təşkil edir.

 M1 Pro modeli 32 GB-a kimi RAM yaddaşını, 2 monitoru və Thunderbolt 4-ü dəstəkləyir. Bununla yanaşı sözügedən prosessor H.264, HEVC və ProRes kodeklərinin dəstəyinə sahib faylların bir formatdan digər formata keçirilməsi üçün ayrıca sistemə də sahibdir. Apple şirkətinin məlumatına əsasən M1 Pro modeli digər şirkətlərin 8 nüvəli prosessorlarından daha güclüdür. Lakin buna baxmayaraq M1 Pro digər prosessorlardan fərqli olaraq enerji sərfiyyatı məsələsində daha effektivdir. Məsələn maksimal performans səviyyəsində M1 Pro modeli 70% daha az enerji sərf edir. GPU göstəricilərinə gəldikdə isə M1 Pro-ya inteqrasiya edilmiş qrafik sürətləndiricinin gücü digər prosessorlardakından fərqli olaraq 7 dəfə böyükdür.

 M1 Max prosessoru M1 Pro ilə müqayisədə 57 milyard tranzistoru özündə birləşdirir. Buna baxmayaraq M1 Max da 10 nüvəli mərkəzi prosessor ilə təchiz olunub. Lakin ona inteqrasiya edilmiş RAM yaddaşının çalışma sürəti saniyədə 400 GB təşkil edir. Bu, Apple şirkətinin istehsal etdiyi ən böyük prosessordur və bu prosessora sahib olan noutbuklar 64 GB-a kimi RAM yaddaşı ilə təchiz oluna bilərlər. M1 Max elə bir yüksək performansa sahibdir ki, o, eyni anda 4 xarici ekranda çalışmaq imkanını yaradır. M1 Max-ın qrafik sürətləndiricisi də M1 Pro-dan daha performanslıdır. İlk növbədə qeyd etmək lazımdır ki, M1 Max özündə 32 nüvəlik qrafik sürətləndiricini birləşdirir. Hər iki yeni M1 modelinə 16 nüvəlik ayrıca neyron prosessor quraşdırılıb. Bu prosessor machine learning ilə bağlı əməliyyatları və süni zəka alqoritmləri ilə bağlı işləri yerinə yetirmək üçün nəzərdə tutulub.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi