Cümə axşamı, 28 Oktyabr 2021

“WhatsApp”a yeni funksiyalar gəlir

“WhatsApp”ın tezliklə yeni funksiyaları işə düşəcək. Verilən məlumata görə “WhatsApp” yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq:

Bu funksiyalardan ilki, smaylik cavab xüsusiyyətidir. Belə ki, artıq söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz.

“WhatsApp” yeni bir xüsusiyyəti də səsli mesajları mətnə ​​çevirmək olacaq.

Gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.

“WhatsApp”, videoları səssiz olaraq izləyəməyə imkan verəcək bir yenilik hazırlayır. İstər “WhatsApp”ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səssiz rejimə keçirə bilərsiniz.

Son olaraq söhbət pəncərəsinə yeni rənglər əlavə olunacaq. Bu dəyişiklik qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi