Cümə, 29 Mart 2024

Huawei orta səviyyəli nova 9 və nova 9 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti orta səviyyəli iki yeni smartfonunu təqdim edib. Söhbət, Huawei nova 9 və nova 9 Pro modellərindən gedir. Xarici görünüşcə bu smartfonlar oxşardılar. Onlar öz aralarında ekran ölçüsü, kameralar, batareya həcmi və sürətli enerji yığma göstəricisi ilə fərqlənirlər. Beləliklə Huawei nova 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.57 düym OLED, Huawei nova 9 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.72 düym OLED ekran ilə təchiz olunub. Bununla yanaşı Huawei nova 9-un ekranı üzərində bir ədəd kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı, Huawei nova 9 Pro-nun ekranı üzərində isə 2 ədəd kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib.

 Qeyd etmək lazımdır ki, hər iki smartfonda ekranın kənar hissələri bir qədər əyilmiş formada reallaşdırılıb. Barmaq izi skanı texnologiyası smartfonların ekranlarına inteqrasiya edilib. Hər iki smartfon Snapdraogn 778G 4G prosessoruna, 8 GB RAM-a və 128/256 GB daxili yaddaş həcminə sahibdir. Smartfonların arxa kamera göstəriciləri də eynidir. Belə ki, onlar 50 MP (f/1.9 diafraqma) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (ToF obyektiv) + 2 MP (makroobyektiv) dördlü arxa kamera ilə təchiz olunublar.

 Ön kameralar baxımından smartfonlar fərqlənirlər. Huawei nova 9 modeli 32 MP-lik ön kamera, Huawei nova 9 Pro modeli isə 32 MP + 32 MP (ultragenişbucaqlı obyektiv) ikili ön kamera ilə təchiz olunub. Batareya həcmləri və sürətli şarj göstəricilərinə gəldikdə Huawei nova 9 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareyaya, Huawei nova 9 Pro modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon HarmonyOS 2.0.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib Huawei nova 9 - 418$

- 256 GB yaddaşa sahib Huawei nova 9 - 465$

- 128 GB yaddaşa sahib Huawei nova 9 Pro - 542$

- 256 GB yaddaşa sahib Huawei nova 9 Pro - 604$.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi