Bazar, 19 Sentyabr 2021

iPhone 13-ün təqdimat tarixi və qiyməti barəsində məlumat verilib

Apple şirkətinin ənənəvi sentyabr təqdimatına bir neçə həftə qalmış insayderlər təqdimat tədbirinin keçirilmə tarixi barəsində məlumat veriblər. Bununla yanaşı insayderlər həmçinin bütün iPhone 13 modellərinin satış qiymətlərini də açıqlayıblar. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumata əsasən Apple şirkətinin təqdimat tədbiri 17 sentyabr tarixində baş tutacaq. Bununla belə Wedbush adlı investisiya şirkətinin analitiki konkret tarix söyləməyərək qeyd edib ki, Apple şirkətinin növbəti təqdimat tarixi 13-17 sentyabr aralığında baş tutacaq. Artıq məlumdur ki, Apple 4 iPhone 13 modelini təqdim edəcək: iPhone 13iPhone 13 miniiPhone 13 Pro və iPhone 13 Pro Max. Bütün iPhone 13 modelləri A15 Bionic prosessoruna sahib olacaqlar.

 Pro modellərin əsas özəllikləri isə ondan ibarət olacaq ki, onlar 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranlar ilə təchiz olunacaqlar. Bununla yanaşı iPhone 13 modellərində bir qədər daha böyük həcmli batareyalar ilə təchiz olunacaqları gözlənilir. İnsayderlərin məlumatlarına əsasən iPhone 13 mini modeli 699$-a, iPhone 13 modeli 799$-a, iPhone 13 Pro modeli 999$-a, iPhone 13 Pro Max modeli isə 1099$-a satılacaq. Bununla yanaşı 30 sentyabr tarxində Apple şirkəti AirPods 3 qulaqlıqlarını satışa çıxarda bilər. Sözügedən qulaqlıqların dizaynlarının AirPods Pro-nun dizaynı tərzində reallaşdırılacaqları gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi