Bazar, 19 Sentyabr 2021

İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəlirlər. Bu məsələdə Windows 11 istisna olmayıb. Dələduzlar və hackerlər artıq bu vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, internetdə yeni əməliyyat sisteminin saxta quraşdırılma obrazı ortaya çıxıb. Onu yükləyən istifadəçi isə öz kompüterini müxtəlif növ zərərli proqram təminatı ilə yoluxdurur. Kaspersky Lab.-ın verdiyi məlumata əsasən internetdə aktiv şəkildə 86307_windows 11 build21996.1 x64 adlı fayl yayılıb. Sözügedən faylın həcmi 1.75 GB təşkil edir.

Bununla belə bu quraşdırılma faylının tərkibində lazımsız məlumatlardan ibarət kitabxana mövcuddur. Faylı quraşdırmaq cəhdi zamanı kompüter ekranında Windows-un standart quraşdırılma interfeysini xatırladan pəncərə ortaya çıxır. Pəncərədə həmçinin bəzi lisenziya razılaşması da qeyd edilib. Quraşdırılma faylı istifadəçiyə xəbər verir ki, kompüterə həmçinin bir sıra sponsor tətbiqi də quraşdırılacaq. Nəticədə yeni əməliyyat sistemi əvəzinə istifadəçinin kompüterinə müxtəlif exploitlər, troyanlar və digər zərərli proqram təminatları quraşdırılır. Mütəxəssislər Windows 11-in test versiyasını yalnız rəsmi Microsoft saytından yükləməyi məsləhət görürlər. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi