Bazar, 19 Sentyabr 2021

Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısına çevrilib

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib.

 İkinci pillədə Xiaomi qərarlaşıb. Onun bu reytinqdəki göstəricisi 17% təşkil edib. Beləliklə Xiaomi bir rüb ərzində smartfon istehsalı həcmini 83% yüksəldə bilib. Üçüncü yeri 14%-lik göstərici ilə Apple şirkəti tutub. Onun ardınca isə OPPO və Vivo şirkətləri gəlirlər. Beləliklə belə qənaətə gəlmək olar ki, yenilənmiş reytinqdə əsas dəyişiklik Xiaomi şirkətinin ikinci pilləyə yüksəlməsidir. Analitiklərin fikirlərinə əsasən Xiaomi smartfonlarına artmış yüksək tələbat bu ilin ikinci rübündə onun Latın Amerikası, Afrika və Qərbi Avropa regionları üçün smartfon istehsalı həcminin artması ilə bağlıdır.

    Məlumatda qeyd edilib ki, Latın Amerikası üçün istehsal həcmi 300%, Afrika üçün 150%, Qərbi Avropa üçün isə 50% artıb. Bununla belə Xiaomi iPhone-dan 75% daha aşağı qiymət göstəricilərinə sahib smartfonları təklif edən şirkət kimi təqdim olunur. Canalys şirkətinin analitiklərinin fikirlərinə əsasən əgər şirkət Mi 11 Ultra kimi smartfonların istehsal həcmlərini artıra bilsə, o, Samsung-u da geridə qoymaq şanslarına sahib olacaq. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi