Bazar, 01 Avqust 2021

İnternetin mənbə kodu 5.4 milyon dollara satılıb

Ümumdünya İnternet Şəbəkəsinin yaradıcısı Tim Berners-Lee 90-cı illərin əvvəllərində yaratmış olduğu WWW protokolunun mənbə kodunu bir neçə həftə bundan öncə hərracda satışa çıxartmışdı. Protokolun mənbə kodunun hərracda start qiyməti 1000$ təşkil edirdi. Lakin hərracın sonunda həmin mənbə kodu 5 milyon dollardan baha qiymətə satıldı. Qeyd etmək lazımdır ki, protokolun mənbə kodu NFT token şəklində satılırdı. Həmin NFT token özündə internet prototipinin 9555 sətr koddan ibarət faylını, Tim Berners-Lee tərəfindən yazılmış məktubu, kodun yazılmasını əks etdirən 30 dəqiqəlik videonu və rəqəmsal plakatı birləşdirib.

Beləliklə sözügedən NFT token Sotheby’s adlı hərracda 5.4 milyon dollara satılıb. Hərrac 23 iyundan 30 iyun tarixinə kimi keçirilib. NFT tokenin əldə olunması üçün 50 sorğu göndərilmişdi. İnternetin mənbə kodunu özündə birləşdirən NFT tokeni almış şəxsin adı açıqlanmır. Hərracdan əldə olunmuş vəsaiti Tim Berners-Lee İT sahədə olan müxtəlif növ təşəbbüslərə yatırmağı planlaşdırır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi