Bazar ertəsi, 01 Mart 2021

“6G” texnologiyasının üstünlükləri nələr olacaq?

 

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. Onlar altıncı nəsil şəbəkələrindən gözləntilər barədə məlumat veriblər.

“Counterpoint” şirkətinin hesabatına əsasən, “6G” şəbəkəsində buraxılış qabiliyyəti terabitlə ölçüləcək. Buraxılış qabiliyyəti dedikdə, müəyyən müddət ərzində qovşaqlar arasında ötürülə bilən məlumatların tutumu nəzərdə tutulur.

“6G” texnologiyasının üstünlükləri aşağıdakılardır:

 

  • 8K/16K keyfiyyətində videoların striminqi;
  • holoqrafik təsvirlərin naqilsiz ötürülməsi;
  • robotların idarə edilməsi vaxtı mikrosaniyəlik ləngimələr;
  • təkmilləşdirilmiş virtual reallıq təcrübəsi;
  • Sürücüyə kömək üzrə təkmilləşdirilmiş sistemdə 3D və 4K (ADAS).

Ancaq proqnoza görə, “6G” kommersiya şəbəkələrinin işə salınması 2028-ci ildən tez olmayacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi