Bazar ertəsi, 01 Mart 2021

Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru təqdim edib

 

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensity 1100 prosessorlarından gedir. 6 nanometrlik Dimensity 1100 modeli keçən ilki Dimensity 1000 flaqman prosessorunun bir qədər yaxşılaşdırılmış versiyasıdır. Dimensity 1200 isə yüksək performansı ilə fərqlənən yeni flaqman prosessordur. Qeyd etmək laızmdır ki, Dimensity 1200 də 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

 Dimensity 1200 modeli 2.6 GH tezlikdə çalışan 3 ədəd Cortex-A78 nüvəsi, 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A78 nüvəsi və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub.

    Dimensity 1100 prosessoru isə 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsi və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub. Hər iki prosessorda qrafik özəlliklərdən ARM Mali-G77 MC9 çipi cavabdehdir. Bununla yanaşı şirkət bildirib ki, hər iki prosessor ray tracing texnologiyasının dəstəyinə sahibdir. Bu məsələdə şirkət əlavə bir məlumat verməyib. Prosessorlar həmçinin Wi-Fi 6, Bluetooth 5.2 dəstəyinə sahibdirlər və 6 GHz tezlikdə çalışa bilən 5G modem ilə təchiz olunublar. Buna baxmayaraq sözügedən prosessorlarda mmWave 5G dəstəyi reallaşdırılmayıb. Təqdim edilmiş bu iki prosessor öz aralarında dəstəklənən ekran və kameralar ilə fərqlənirlər.

Belə ki, Dimensity 1200 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ və 168 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Kameralara gəldikdə isə sözügedən prosessor 200 MP-ə kimi olan mobil kameraları dəstəkləyir. Dimensity 1100 isə 90 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ və 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Bununla yanaşı Dimensity 1100 modeli 108 MP-lik kameraları dəstəkləyir. MediaTek-in verdiyi məlumata əsasən təqdim olunmuş bu yeni prosessorlara sahib ilk smartfonlar bu ilin birinci rübünün sonuna kimi satışa çıxacaqlar. Redmi və Realme şirkətləri öz smartfonlarında bu prosessorlardan istifadə edəcəklərini artıq elan ediblər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi