Çərşənbə, 27 Yanvar 2021

Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 66-cı yeri tutub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Speedtest Global Index” hesabatının noyabr ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 117-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, son 12 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 30,26 Mb/saniyədən 31,45 Mb/saniyəyə artıb.

Sabit internetin yükləmə sürəti isə 21,20 Mb/san- dən 23,04 Mb/san-ə qalxıb.

“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 1 pillə geriləyərək 66-cı olub. Sabit internetin sürətində isə 13 pillə irəliləyib və 117-ci olub.

Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub. BƏƏ-də mobil internetin sürəti 170,30 Mb/san, Cənubi Koreyada 166,70 Mb/san, Qətərdə isə 159,66 Mb/san təşkil edib.

Ən sürətli sabit internet isə Sinqapur, Honq-Konq və Taylanddadır. Sinqapurda stasionar telefon ilə internetə 241,10 Mb/san-yə qoşulmaq mümkündür. Honq-Konqda sabit internetin sürəti 222,92 Mb/san, Taylandda isə 213,14 Mb/san-dir.

Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Fələstindədir. Belə ki, Əfqanıstanda mobil internetin sürəti 6,31 Mb/san, Venesuelada 7,15 Mb/san, Fələstində isə 7,40 Mb/san təşkil edib. Stasionar telefonla sabit internetin sürətinə görə reytinqin sonuncuları Türkmənistan, Yəmən və Əlcəzairdir. Türkmənistanda bu sürət 3,47 Mb/san, Yəməndə 4,52 Mb/san, Əlcəzairdə isə 4,99 Mb/san təşkil edib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi