TƏLİM-TƏDRİS

Kompüter kurslarına son zamanlar Azərbaycanda böyük maraq var. Bugünkü gündə həyatımızı kompütersiz təsəvvür etmək çox çətindir. Çox təəssüf ki, çoxları şəxsi kompüterin resurslarından düzgün şəkildə istifadə edə bilmir. Kompüter kurslarının əsas məqsədi tələbəni kompüter biliklərinin bütün fundamental əsaslarına yiyələndirməkdir. Bugün hər hansı bir şirkətin ofisində kompütersiz keçinmək mümkün deyil. Kompüter kursları proqramına geniş teoretik va praktik hazırlıq daxildir, prosesin özü isə müasir apparat va proqram təminatı ilə professional işləyən təcrübəli müəllimlərin rəhbərliyi ilə aparılır.Kompüter kurslan nəinki yeni başlayan istifadəçilərə həmçinin informasiya texnologiyası sahəsində  artiq müəyyən bilik əlda etmiş və bu biliklərini inkişaf etdirmək istəyən şəxslərədə  kömək edir və bu da sözsüz ki texnoloji proqreslə tam ayaqlaşmağa  imkan yaradır. Kompüterdən istifadə edə bilməyənlərin çoxları üçün kompüter tədrisinin aktuallığı çox vacibdir çünki hal-hazirda demək olar ki artıq kompüter işlənməyən heç bir iş sahəsi qalmamışdır. Kompüter proqramlarını bilmək bir çox peşə sahiblərinə lazımdır. Buna görə də əgər siz kompüter biliklərinə daha gözəl yiyələnmək və ya hər hansı proqramdan istifadə qaydasını bılmirsizsə bizim Təhsil müassisəmizə müraciət edə bilərsiniz və secilmiş proqramlar üzrə hazırlıq keçə bilərsiniz.

Yeni başlayanlar üçün kompüter kursları

Bizim kompüter kurslarına aşağıdakı istiqamətlər üzrə hazırlıq kursları daxildir :

Yeni başlayanlar üçün kompüter kursları proqramına  Windows , Word , Excel və PowerPoint proqramları üzrə dərslərin keçirilməsi aiddir. Dərslər tələbələrə uyğun  vaxtda keçirilir. Başlanğıc kompüter kursları yüksək ixtisaslı müəllimlər tərəfindən keçirilir. Bizim mütəxəssislərimiz sizi maraqlandıran hər bir suala səlist və dəqiq cavab verəcəklər. Müasir  iş dedikdə - sərbəst kompyuterdə işləmək deməkdir.

Bu proqrama :  Microsoft Windows, Microsoft WordMicrosoft Excel və Microsoft PowerPoint daxildir. Bundan əlavə İnternet Explorer ilə işləmə və E-mail-in yaradılması kimi dərslər keçirilir.


Microsoft Windows


Bu mühazirədə Windows 7 –nin ilk görünüşü verilir və Windows 7 əməliyyat sistemiylə kompüterdə iş seansının necə keçirilməsindən bəhs edilir. Siz bu mühazirədə ilk dəfə olaraq Windows ilə işləməyinizdən asılı olmayaraq faydalı məlumatlar əldə edəcəksiniz.

Microsoft Windows 7 sistemi ondakı baş vermiş prosesləri öyrənmədən kompüterdən asanlıqla istifadə etməyə imkan yaradır. Əməliyyat sisteminin funksiyalarını sizin kompüterinizin beyin və sinir sistemiylə müqayisə etmək olar. Əməliyyatlar sistemi təminetmə proqramı ilə qarşılıqlı hərəkət edir və sizin kompüterinizin digər kompüterlərlə və digər elektron düzəltmə tipləriylə : printerlə, skanerlə, modemlə, şəbəkə kartı ilə və s. qarşılıqlı  hərəkət etməyə imkan yaradır.

 

Microsoft Word


Image result for word 2013 loqoMicrosoft Word proqramı sizə  daxilində olan funksiyalar vasitəsiylə mətnlə bağlı işlərin bütün növlərini  və profesional şəkildə təsdiq olunmuş sənədləri yaratmağa kömək edir. Resenziyanın güclü funksiyaları, qeydlərin qoyulması və versiyaların müqayisəsi kolleqalaradan alınmış fikirlərin, rəylərin toplanmasına sürətlə imkan yaradır. Məlumatların toplanmasının geniş imkanları işgüzar informasiyasının vacib mənbələrilə bağlı olan sənədlərin əlaqəsini təmin edir.

 

Microsoft Excel


Image result for excel 2013 loqoExcel təlim kursu sizə imkan verəcək ki, Siz müasir verilənlər bazasını mənimsəmək metodlarını öyrətməklə elektron cədvəllərdə mürəkkəb hesablamalar apara biləsiniz.

Excel kursu ümumi informasiyadan (məqsəd, imkan), terminologiyadan, idarəedici elementlərin funksiyaları haqqında məlumatdan, obyektlər və menyu komandalarından ibarətdir. Bundan başqa tez-tez təsadüf edilən sual və məsələlərin həlli prosedurları da ona daxil edilmişdir.

Excel kursunun dinləyiciləri yüksək ixtisaslı müəllimlərin rəhbərliyi altında, bəzi praktiki tapşırıqları yerinə yetirirlər, onların məsləhət və köməkliyi ilə öyrənilən materialların mənimsənilməsi həyata keçirilir.

Bütün bunlar sonradan hər dinləyiciyə müstəqil olaraq Excel elektron cədvəllərinin yaradılmasına və idarə olunmasına imkan verir.

Excel kursu keyfiyyətli metodik materiallardan istifadə etmək əsasında dinləyicilərin bu kursları öyrənməsinə fəal cəlb edilməsi əsasında təşkil olunur. Məşğələlər sizə sərfəli olan vaxtlarda və sərbəst, sadə şəraitdə keçirilir.

Kompüter qrafikası

Corel DRAW

 

Image result for corel draw xs5 logoBu kurs  qrafik sistemin  struktur imkanlarının tam açılmasını, qrafik görüntülərin emalı metodlarını, kompyüer və vektor qrafikini tətbiq etmək bacarığını öyrədir.

Təklif olunan CorelDRAW kursu “vektor”,  “krivaya bize”  kimi populyar və digər başqa  növ kompüter və vektor qrafikaları ilə işləməyi öyrədir.

Corel DRAW kurslarının dinləyiciləri, yüksək ixtisaslı müəllimlərin rəhbərliyi altında bəzi praktiki tapşırıqları yerinə yetirirlər və onların məsləhət və metodik göstərişlərı ilə alınan biliyi möhkəmləndirirlər.

Corel DRAW kursu gələcəkdə kitab üzlərinin, maketlərin  visit kartların, firma blanklarının, loqotip və açıqcaların yaradılmasında, onların qrafik təsvirlərinin redaktə edilmsini müstəqil olaraq həyata keçirməyə imkan verəcəkdir.

 

Photoshop

Image result for fotosop loqo

Photoshop təlim kursu Rastr qrafikası və onun yaradıcılıq, bədii emalınla, habelə Adobe Photoshop proqramında fotomontaj və yüksək keyfiyyətli anemasiya görüntülərini yaratmaq məqsədinə xidmət edir.

Böyük iş təcrübəsi olan yüksək ixtisaslı müəllimlər, relyef, işıqlanma, şəklin konturlarını ifadə etmək məqsədilə kölgə üsulundan istifadə etməklə kollajların yaradılmasını  öyrənməyə xüsusi diqqət verirlər.

Photoshop kursunun dinləyiciləri zədələnmiş fotoşəkillərin bərpasını brush alətləri vasitəsilə ağ-qara şəkillərin rəngli təsvirə keçirilməsini “ Stamp ” history öyrənirlər. Bütün bunlar sonralar Photoshop proqramları daxilində qrafik təsvirlərin yaradılmasına, onların redaktə edilməsini təmin edir. Bu işlər isə kitabların üst qabığının, vizit kartlarının, firma blankların və açıqça yaradılmasında istifadə edilir.

 

Web-dizayn

HTML, CSS, JavaScript

Kursun proqramı Windows əməliyyatlar sistemindən mükəmməl istifadə edə bilən istifadəçilər üçün nəzərdə tutulmuşdur. Abuturiyentlər JavaScript və CSS – də proqramlaşdırma kurslarını öyrənəcək, internetdə verilənlər bazasından istifadə etməyi öyrənəcəklər.
Məşğələlər müasir kompüter texnikası ilə təchiz olunmuş, kompyuter siniflərində aparılır.
Web proqramlaşdırma kurslarının dinləyiciləri, müxtəlif sənədlərin, hesabatların, cədvəllərin, diaqramaların yaradılması və çap edilməsi, lazımi hesablamaların aparılması və s. öyrənəcəklər. Təcrübəli müəllimlər müasir web proqramları barədə məlumatlar verəcəklər, web sayt proqramları, proqramların yaradılmasının əsaslarını öyrədəcəklər.
Kurs praktiki işləri öyrədir, belə ki, kursda təhsilinizi başa vurduqdan sonra Siz, sərbəst olaraq web saytlarına xidmət etməyi, verilənlər bazasıyla işləməyi və marketinq təhlilini aparmağı həyata keçirə biləcəksiniz. Web proqramlaşdırma kurslarını bitirən məzunlar, müəyyən olunmuş nümunədə şəhadətnamə alırlar, web dizayn studiyalarında, poliqrafiya firmalarında, reklam agentliklərində və nəşriyyatlarda administrator, web-sayt hazırlayanlar, internet layihələrin rəhbərləri, internet əlavələri hazırlanması kimi sahələrdə öz karyeralarına başlayırlar.

 

Web-saytların proqramlaşdırılması


Web-saytların proqramlaşdırılması kursu Web-saytların idarəedilməsində, optimallaşdırılmasında və ən yeni şəbəkə Web texnologiyaların istifadəsi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Kurs bütünlüklə keçirildikdən sonra tələbələr PHP dili əsasında client-server əlaqələrinin  necə yaranmasını həmçinin məlumat bazası (MySQL kimi) ilə necə işləməyi öyrədəcək.

 

 

Kompüter animasiyası

AutoCAD

AutoCAD (Auto computer Aided Design)-tikinti layihələrinin işlənməsində istifadə edilən proqramlardan biri olaraq çox məşhurdur. AutoCad – Digər proqamlardan fərqli olaraq sırf dizayn işləri üçün nəzərdə tutulmayıb. Bu proqram  memarlıq və inşaat sahəsində çalışan əməkdaşlar üçün daha əhəmiyyətlidir. Onların iş şəraitini daha əlverişli olmaq üçün istifadə edilir. Belə ki, hər hansı bir tikilinin dizaynını vermək üçün hal – hazırda bu proqram vasitəsilə dizayn tərtib edilir.

Bu proqram həmin sahədə çalışan şəxslər üçün ən uyğun proqramdır və bu kimi şəxslərin iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Onu da qeyd edək ki, proqram çox çeşidlidir. Günümüzdə bu proqrama digərlərinə nisbətən daha çox ehtiyac duyulur. Buna birinci səbəb tikinti sahəsində həddindən artıq işlərin çox olmasıdır.

İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi sizlərə ən müasir proqramlarla yeni imkanlar təqdim edir. Mərkəzdə mühəndis, dizayner, memar və s. peşə sahibləri üçün profssional autocad kursları tədris olunur. Tədris peşəkar müəllimlər tərəfindən aparılır.

 

3D Max

Kompüter elmində ən mühüm sahələrdən biri də dizayn proqramlarıdır . Müasir dövrdə dizayna olan ehtiyacı nəzərə alaraq bu sahədə çoxlu proqramlar yaradılmışdır. Dizayn proqramlarından ən çox ehtiyac duyulan və geniş istifadəçi kütləsi olan 3D Studio MAX,  3D görüntülü qrafik və animasiya proqramıdır. Bu proqramın Autocad və Archicadla bir çox ortaq yönü ve birini digərindən üstün tutan incə nüansları var.Lakin hər birinin məqsədi eynidir.

3D Studio Max Digər proqramlara nisbətən istifadəsi rahat və daha çox imkanlara sahib proqramdır. Məhz, sizləri bu proqram  üzrə ixtisaslaşdırmaq məqsədilə Naxçıvan Muxtar Republikasında ilk dəfə olaraq yalnız İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 3D SMAX proqramının tədrisi həyata keçirilir. Bu proqramı öyrənməklə siz, xəyalınızdakı iş dünyanızı reallaşdıra bilərsiniz.

 

Archicad

Archicad proqramı əsasən inşaat çertyojlarının hazırlanması üçün nəzərdə tutulmuş və bütün alətləridə məhz bu işin mükəmməl həyata keçirilməsi üçün formlaşdırılmışdır. ArchiCad proqramı sizə istənilən tikinti növünün və onu tamamlayan obyektlərin yaradılmasına imkan yaradır. Bu proqram, Sizə istənilən mürəkkəblikdə pilləkanlarin, dam örtüklərinin, istənilən dizaynda zövq oxşayan qapı-pəncərələrin və s. tikintidə istifadə olunan bütün materialların zövqlə hazırlanması üçün istifadə olunur. Archicad  arxitektura və daxili dizayn sahəsində əsasən memarların  istifadə edə biləcəkləri layihə məqsədli istifadə üçün ideal bir proqramdır.

Hazır obyektlərdən ibarət olan son dərəcə inkişaf etmiş kitabxanası sayəsində  işlərinizi ən qısa müddətdə və mükəmməl şəkildə işləyəcəyinizə imkan yaradır.

Bu kimi yeni proqramların yaradılması dünyadakı elmin sürətlə inkişafı ilə bağlıdır. Əgər siz bu proqramları bilirsinizsə, deməli kompüter sahəsində xeyli biliklərə maliksiniz. Bu proramları öyrəndikdən sonra istənilən şirkətdə memar, mühəndis, dizayner kimi çalışa bilər və işlədiyiniz sahədə böyük uğurlar əldə ede bilərsiniz.

İmtahan qaydaları :

İmtahan 2 mərhələdən ibarətdir: yazılı və şifahi

Birinci mərhələ yazılı üsulla aparılır:

Birinci mərhələ  50 sualdan ibarət olan elektron test variantı ilə keçirilir. Dinləyicilərdən 35 və ya daha yuxarı suala düzgün cavab verənlər II mərhələyə buraxılır.

İkinci mərhələ şifahi üsulla aparılır: Bu mərhələdə dinləyici seçdiyi  bilet və imtahan komissiyasının ona yönləndirdiyi sualları cavablandırır.

Yekunda dinləyicinin imtahan olunduğu hər bir proqram ayrı-ayrılıqda qiymətləndirilir və ümumi nəticə çıxarılır.

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən  tələbələrə Dövlət qeydiyyatından keçmiş şəhadətnamə verilir.

Qeyd : Ödəniş Mərkəzin Kapital Bank Naxçıvan MR Baş idarəsindəki hesabına ödənilməlidir:

Kursda qeydiyyatdan keçmək üçün lazım olan sənədlər :

1.Şəxsiyyət vəsiqəsinin nüsxəsi (18 yaşından aşağı şəxslər öz şəxsiyyət vəsiqəsi ilə birgə valideyinin şəxsiyyət vəsiqəsinin nüsxəsini gətirməlidir).

2.İki ədəd 3x4  şəkil.

3.Seçilmiş kursa əsasən Bankdan ödəniş haqqında  qəbz.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari