Tarix
Çap E-poçt

Naxçıvan Muxtar Respublikasında ilk dəfə İnternet 1999–cu ildə Naxçıvan Kompyuter Mərkəzində abunəçilərin istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi internetə qoşulma imkanı əldə etmişdir. Mənfur qonşumuz Ermənistanın ucbatından blokada şəraitində yaşayan muxtar respublika əhalisinin Beynəlxalq Qlobal İnformasiya və Telekommunikasiya Şəbəkəsinə qoşulmasını təmin etmək məqsədi ilə 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda yeni İnternet provayder xidməti - Nakhchyvan.AZ-ı abunəçilərin istifadəsinə vermişdir. Bununla da Naxçıvanla Azərbaycan, eləcə də dünya dövlətləri arasında olan informasiya blokadasına son qoyulmuş oldu. 2006-cı ildən internet xidmətin adı Nakhinternet.AZ olaraq dəyişdirilib. Nakhinternet.AZ Naxçıvan Muxtar Respublikasının ən iri İnternet Provayder xidmətidir. İnternet xidməti Naxçıvan şəhər Rabitə İdarəsinin İnternet şöbəsi olaraq fəaliyyətini davam etdirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2010-cu il tarixli Sərəncamı ilə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan MR İnternet Mərkəzi yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (bundan sonra Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır.

“Delta Telekom” MMC ilə bağlanmış müqaviləyə əsasən xidmətin Qlobal Şəbəkəyə qoşulması təmin etmək üçün ilk əvvəl peyk vasitəsilə, 2005-ci ilin iyun ayından etibarən isə qoşulma TAE (Trans-Asiya-Avropa ) fiberoptik magistral xətti vasitəsilə həyata keçirilir.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari