Şəbəkə xidməti
Çap E-poçt
Əziz isdifadəçilər şəbəkə xidmətləri ilə əlaqədar Mərkəzimizə müraciət edə bilərsiniz. Müraciətiniz əsasında yüksək keyfiyətdə şəbəkənin layihələndirilməsi və qurulması Mərkəzin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Şəbəkənin üstünlükləri.

Kompyuter şəbəkəsinin yaranması üçün ən azı iki kompyuterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompyuter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompyuter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompyuterində hazırladığı jurnalın üz qabığını çap etmədən baş redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq baş redaktorun kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompyuter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər.

Mərkəzinin Bu xidmətindən isdifadə etmək istəyirsinizsə, bizə müraciət edin.

Aşağıda göstərilən cədvəldə xidmətlərin tarifləri ilə tanış ola bilərsiniz.
Qiymət cədvəli

8 kompyuter üçün daxili şəbəkənin quraşdırılması: 48 AZN
16 kompyuter üçün daxili şəbəkənin quraşdırılması: 96 AZN
24 kompyuter üçün daxili şəbəkənin quraşdırılması: 144 AZN
48 kompyuter üçün daxili şəbəkənin quraşdırılması: 288 AZN
(Şəbəkəyə daxil olan hər bir komyuter üçün 6 AZN)

Daxili şəbəkəyə serverin quraşdırılması və internetə qoşulması: 100 AZN
Əlavə şəbəkə proqramlarının qurulması: 40 AZN

Qeyd: Bu qiymətlərə şəbəkə qurulması üçün lazım olan avadanlıqların dəyəri daxil olunmayıb.
 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari