ADSL xidməti
Çap E-poçt
       2005-ci ilin oktyabr ayından etibarən İnternet Mərkəzi abunəçilərinə Naxçıvan şəhərində internet şəbəkəsinə ən müasir texnologiya ilə - ADSL (asimmetrik rəqəmli abunəçi xətti) vasitəsilə qoşulmanı təklif edir. Bunun üçün Smart AX MA5303 tipli DSLAM avadanlığı quraşdırılmışdır. Telefonunuz həmişə sərbəstdir, telefonla danışmağa imkan yaradır, internetə qoşulma gün ərzində daimidir, informasiyanın böyük sürətlə  ötürülüb–qəbul edilməsi ADSL vasitəsilə qoşulmanın əsas funksiyalarıdır. Bu sürət adi Dial-up birləşmə sürətindən dəfələrlə yüksəkdir, korporativ şəbəkənin qoşulma imkanlığı, birləşmənin yüksək keyfiyyətli olması və s. Qoşulma üçün zəruri olan ADSL modemləri abunəçinin şəxsi vəsaiti hesabına, onun özü tərəfindən təqdim olunur. 
       2010–cu ildən etibarən ADSL xidməti respublikanın bütün rayon mərkəzlərində isdifadəyə verilmişdir. Bunun üçün rayon mərkəzlərində Alcatel şirkətinin DSLAM avadanlıqları quraşdırılıb internet abunəçilərinin isdifadəsinə verilmişdir.
       Sürətli internetdən isdifadə etmək üçün Siz İnternet Mərkəzinə müraciət edib ADSL  (asimmetrik rəqəmli abunəçi xətti)  qoşulma üçün müqavilə bağlaya bilərsiniz. Bundan sonra mütəxəssizlərimiz tərəfindən təqdim etdiyiniz ADSL-modem yerli şəbəkəyə uyğunlaşdırılıb, gün ərzində Sizin internetə qoşulmanız təmin ediləcəkdir.
 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari