Çap

Modemin ilkin qoşulması

Telefon xətti Splitter-in Line hissəsinə modem və telefon isə üzərində göstərilən hissələrə qoşulmalıdır. Modemin arxasındakı boz rəngli port telefon xətti üçündür, sarı rəngli portlar (Ethernet) kompyuteri internetlə təmin etmək üçündür. Əgər paralel telefon varsa Ləğv olunmalıdır.

Modemin arxa panelinin izahı

1. Adapter girişi-modemi elektrik şəbəkəsinə qoşmaq üçündür.

2. Power düyməsi-modemi işə salmaq və söndürmək üçündür.

3. WPS- WPS aktiv deaktiv etmək üçündür (toxunmayın).

4. Reset-modemi sıfırlamaq üçündür (toxunmayın).

5. WIFI on/off-wifi aktiv və deaktiv etmək üçündür

6. USB girişi- usb giriş üçündür (toxunmayın).

7. LAN portu-kompyuteri ethernet kabeli ilə qoşmaq üçündür.

8. ADSL portu-telefon xəttini qoşmaq üçündür.

 

 

Modem üzərinədki işıqların mənası

1 Power- yanırsa modem işə salınıb. Modemin arxasından söndürmək və işə salmaq olar.

2 ADSL- Döyünürsə modem internet siqnalı almağa çalışır. Stabil olaraq yanırsa internet aktiv vəziyyətdə, yanmırsa internet siqnalı yoxdur.

3 İnternet- stabil yanırsa internet var istifadə olunmur. Döyünürsə internet var və istifadə olunur. Yanmırsa internet yoxdur və ya modem sıfırlanıb və ya modem ilişib (bu zaman söndürüb yandırmaq lazımdır).

4 Wireless- stabil yanırsa aktivdir. Döyünürsə istifadəçi qoşulub və istifadə edir. Yanmırsa Wifi deaktivdir

bu zaman modemin arxasındakı wifi yazılan düyməni işıq aktiv olana qədər sıxılı saxlamaq lazımdır.

5 WPS- aktiv və ya deaktiv olması heç bir problem yaratmır.

6 Lan- Sarı rəngli portlar şəbəkə (Ethernet) kabeli üçündür. Kompyuterə kabellə qoşulduğu zaman aktiv olur. Döyünürsə artıq istifadə olunur. Yanmırsa qoşulu deyil.

 

 

 

İnternetdən dayanıqlı istifadə etmək üçün

Bina daxili və binaya qədər xətt bütov olmalıdır. Paralel xətt istifadə edilməməlidir. Əgər internet probleminiz əsasən qeyri-sabit hava şəraitində meydana çıxırsa, böyük ehtimalla problem telefon xəttinizdən qaynaqlanır. Bu zaman əraziniz üzrə xidmət göstərən rabitə mütəxəssisinə müraciət etmək lazımdır. Modemin adının gizli olması qanunsuz istifadənin qarşısını aldığı üçün tövsiyyə olunur. Modemi istifadə etmədiyiniz zaman söndürün. Problem yarandığı zaman həmin ərazinin Rabitə xidmətinə müraciət edilməlidir. Problem həllini tapmadığı halda 116 Qaynar Xəttinə müraciət edin.