Yeni əməliyyat sistemi cihazların oğurlanmasının qarşısını alacaq
Çap E-poçt

13.06.2013 Bu ilin payızında istifadəyə veriləcək "iOS 7" əməliyyat sistemində "Activation Lock" funksiyası olacaq. Sözügedən funksiya cihazların oğurlanması sayəsində artan cinayətlərin qarşısını almağa kömək edəcək.

"Apple" şirkəti "WWDC 2013" konfransında bildirib ki, oğurlanmış smartfondakı informasiya "Find My Phone" tətbiqinin köməkliyi ilə uzaq məsafədən silindikdən sonra yalnız "Apple ID" identifikatorunu və parolu daxil etdikdən sonra cihazı blokdan çıxarmaq mümkündür.Əks halda smartfon bloka düşəcək və cinayətkar ondan istifadə edə bilməyəcək. Xatırladaq ki, ötən il Nyu-Yorkda cihaz oğurluqlarının sayı 9% artıb. 2012-ci ilin ilk 9 ayı ərzində ABŞ-ın ən böyük şəhərində 11 min 477 "alma" cihazı oğurlanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% çoxdur.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari