Alimlər daimi fləş-yaddaş yaradıblar
Çap

13.06.2013 Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetinin alim-fiziklərdən ibarət qrupunun hazırladığı ən yeni fləş-yaddaş nümunəsi yüz milyonlarla dəfə yenidən yazıla bilər və demək olar ki "əbədidir".

16 bit həcmində yaddaş modulu alimlər tərəfindən dəmir və vismut oksidindən hazırlanıb. Fləş-yaddaşdan informasiya lazer vasitəsilə oxunur. Bu halda bir bit informasiyanın oxunmasına ən çox 10 nanosaniyə vaxt sərf olunur ki, bu da çox yaxşı göstəricidir.