32 düymlük Xiaomi Mi TV 4a televizoru bir anda iki rekordu yenilədi
Çap E-poçt

16.07.2019  TV ilk əvvəl 116 dollar satış qiyməti ilə istehsal edilmişdi.

Bu günlərdə "Xiaomi" mətbuat konfransı keçirib - konfrans, şirkətin 7 milyondan çox televizorunu pərakəndə ticarət kanalları ilə satılmasına həsr edilib. Bu göstərici üçün "Xiaomi"yə  2 il lazım olub.

Konfransda, ilk əvvəl 116 dollar satış qiyməti ilə istehsal edilmiş  "Xiaomi Mi TV 4A" adlı 32 düym televizor xüsusilə qeyd edilib.

Birincisi, "Xiaomi Mi TV 4A" öz qiymət kateqoriyasında 2 milyon satış rəqəmi ilə ən sürətli satılan televizor olub. İkincisi, bu model Çində ən çox satılan LCD TV olaraq qalır.

15 iyulda isə "Honor" şirkəti bu bazarda "Xiaomi"nin hökmranlığını pozmalı olan ağıllı televizorunu təqdim etməyi planlaşdırır.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari