Ötən rübdə Adobe-nin gəliri rekord həddə çatıb
Çap E-poçt

10.07.2019  Gəlir, bir il ərzində 25% artıb

"Adobe" şirkəti bu həftə, may ayının 31-də başa çatan 2019-cu maliyyə ilinin ikinci rübü üçün hesabat yayımladı.

Hesabat dövrü "Adobe"yə 2,744 milyard dollar gəlir gətirib. Bu dəyər, 2018-ci ilin ikinci rübünün göstəricisini 25% aşmaqla yanaşı, həm də "Adobe"nin yeni rekordu oldu.

Gəlirlərin böyük hissəsi - 2, 456 milyard dollar - abunəlik üzrə təqdim olunan xidmətlərin payına düşür. Daha 153 milyon dolları satış, 135 milyon dolları isə xidmət və texniki dəstək təmin edib.

Əməliyyat gəlirləri il ərzində 698 milyon dollardan 750 milyon dollara qədər artıb, lakin xalis mənfəət 663 milyondan 633 milyon dollara qədər azalıb.

Şirkət rübü 2,083 milyard dollar pul vəsaitləri və onların ekvivalentləri ilə başa vurub. Rüb sonuna qədər bütün "Adobe" aktivlərinin dəyəri 19,666 milyard dollar olaraq qiymətləndirilir. Bir il əvvəl bu göstərici 18,769 milyard dollara bərabər idi.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari