Google qatlana bilən telefon patenti aldı
Çap E-poçt

09.07.2019  Google şirkəti bu zamana qədər gördüyünüz heç bir qatlana bilən telefona bənzəməyən bir telefonun patentini aldı.

Qatlana bilən telefonların dizayn olaraq kitablara bənzədiyi istiqamətindəki şərhlər edilmişdi, lakin Google şirkətinin aldığı son patent, bu şərhlərin sahiblərini belə təəccübləndirdi.

Let's Go Digital tərəfindən paylaşılan yeni bir patent müraciətində Google şirkətinin yeni qatlana bilən telefon patenti göstərildi. Bu patentdə maraqlı olan detal isə, qatlana bilən telefonun səhifələrə sahib olması idi.

Standart bir kitabda olduğu kimi telefonun müstəqil ekranları, tək bir nöqtədə birləşir. Bununla yanaşı lazım olan bütün komponentlər, ekranların incə və elastik olması üçün birləşmə nöqtəsində yerləşdirilmişdir. DigitalTrends hesab edir ki, keçən il ortaya çıxan patent faylında, ekranların arasında 0,005 mm kimi kiçik bir aralığın olduğu ifadə edilir. Bu da, batareya, prosessor və əlaqə təchizatlarının ekranların birləşdiyi sahədə olacağı mənasını verir.

Bu an üçün şəkillər son dərəcə sadə və təxmin edilə bilən formada olsa da Google, cihazı bazara çıxarmağa qərar versə, çox daha ətraflı şəkillərin ortaya çıxacağını rahatlıqla söyləyə bilərik.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari