Bu ilki ən böyük iPhone...
Çap E-poçt

12.09.2018  ABŞ-ın 9to5Mac adlı məşhur mənbəsi 12 Sentyabr tarixində təqdim olunacaq 6.5 inç iPhone modelinin adı barəsində məlumat təqdim edib. Hələ keçən həftə bu mənbə bildirmişdi ki, bu ilki adi iPhone modeli XS adlanacaq.

Məntiqi cəhətdən hamı düşündü ki, ən böyük versiya isə XS Plus adlanacaq. Lakin görünür, bu heç də belə olmayacaq. Belə ki, yeni məlumata əsasən böyük iPhone modeli XS Max adlanacaq. Bu cür ad Apple şirkəti üçün heç də ənənəvi deyil və şirkətin bu cür addımı hansı səbəbə görə atdığı bilinmir. Bununla belə bütün məlumatlar artıq 12 Sentyabr tarixində bilinəcək. Bir sıra məlumatlara əsasən iPhone XS Max modeli 6.5 inç OLED ekran, Apple A12 prosessoru, 4 GB RAM və ikili arxa kamera ilə təchiz olunacaq.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari