12 günə təqdim olunacaq iPhone modelinin ilk FOTOsu - XS gəlir
Çap E-poçt

31.08.2018  Sentyabr ayının 12-də "Apple" şirkətinin yeni məhsulları təqdim olunacaq.

3 yeni "iPhone" modelinin təqdim ediləcəyi gözlənilir.

Modellər bir-birindən ölçülərinə, qiymətinə və rənginə görə fərqlənəcək.

Deyilənə görə, modellərdən birinin ekranı böyük, digərinin ekranı küncsüz olacaq. Kənarları dairəvi olan modelin qiyməti digərlərinə nisbətdə ucuz qiymətə satılacaq.

Bundan əlavə "iPhone X" modelinin və airpod qulaqlığının qızılı rəngi də təqdim olunacaq.

Yeni model "iPhone Xs" adlandırılıb.

Qeyd edək ki, model təqdimatından bir neçə gün əvvəl İOS 12 platforması istifadəyə veriləcək.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari