Yeni Xiaomi noutbuku təqdim olunub
Çap E-poçt

28.08.2018  Çinin "Xiaomi" şirkəti "Mi Notebook" noutbukunun yeni versiyasını təqdim edib.

Səkkizinci nəsil "Intel Core" prosessorları, "NVIDIA" qrafikası üzərində qurulan model ayrıca rəqəmli bloka malik tamölçülü klaviatura ilə təchiz edilib.
Yeni "Xiaomi Mi Notebook" 15,6 düym diaqonallı "Full HD" ekran, "Core i5" və ya "Core i7" prosessorları ilə təchiz olunub. "Core i5" versiyası 4 və ya 8 giqabaytlıq operativ yaddaşa malikdir. Versiyadan asılı olmayaraq 128 giqabaytlıq bərkcisimli toplayıcı və 1 terabaytlıq sərt disk təklif edilir. Bundan başqa, qurğuda 2 giqabaytlıq videoyaddaşa malik "NVIDIA GeForce MX110" qrafikası, iki "USB 3.0", bir "USB 2.0", bir "HDMI", "Ethernet" portları və qulaqcıq üçün 3,5 millimetrlik çıxış, "SD" yaddaş kartları üçün slot nəzərdə tutulub.

"Xiaomi Mi Notebook" noutbukunun (Core i5 + 4 giqabaytlıq RAM +128 giqabaytlıq SSD+ 1 terabaytlıq HDD) başlanğıc qiyməti 582 dollar təşkil edir. Əlavə 4 giqabaytlıq operativ yaddaşlı model 655 dollara, "Core i7" və 8 giqabaytlıq quraşdırılmış yaddaşa malik isə 727 dollara təklif olunur.

"Xiaomi Mi Notebook" noutbukunun satışlarına avqustun 28-dən etibarən başlamaq planlaşdırılır.

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari