Simsiz İnternet xidməti
Çap E-poçt

Simsiz internetə qoşulmaq üçün nə etməli.

Simsiz internetə qoşulmaq üçün abunəçilərə təklif olunan bir neçə vasitə mövcuddur. Bunlardan stasionar, mobil, terminal tipli telefonlar və data modemlərdir. Simsiz internetdən istifadə etmək üçün sadalanan vasitələrdən hər hansı birini kompyuterə USB kabeli vasitəsi ilə qoşulub və CD vasitəsi ilə tanıdılması kifayətdir. Əvvəlcədən əldə etdiyiniz internet kartının arxa üzünü diqqətlə oxuyun! İlk əvvəl kart üzərində olan PİN kod və Şifrəniz xanalarının pozulmamış olmasına diqqət yetirin. Və yaxud, müştəri xidmətinə müraciət edib nömrənizə internet servisi açdıraraq telefonu kompyuterə qoşub "Əlaqə" yaradırsınız, User (istifadəçi adı) naxtel@naxtel, password (şifrə) naxtel daxil edib #777 nömrəsinə qoşulursunuz. www.nakhinternet.az saytımıza daxil olub qeydiyyatdan keçib özünüzə istifadəçi adı və şifrə təyin edirsiniz. Bundan sonra Siz qeydiyyatdan keçmək üçün yaratdığınız internet əlaqəsini pozursunuz. Daha sonra qeydiyyat zamanı əldə etdiyiniz istifadəçi adınızı və şifrənizi daxil edib yenidən internet əlaqəsi yaradırsınız. İnternetə qoşulma zamanı qarşılaşacağınız texniki məsələlər üçün 116 Müştəri Xidmətlərinə zəng vuraraq müraciət edə bilərsiniz . Simsiz internet vaxta görə ödəmə kartları vasitəsi ilə istifadəçilərə təqdim olunur.

 

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari