Dial-up xidməti
Çap E-poçt

Dial-up qoşulma üçün nə etməli.

Hal-hazırda İnternet şəbəkəsinə qoşulmanın ən geniş yayılmış simli telefon xətti vasitəsilə həyata keçirilir.

Dial-up qoşulma üçün Siz simli telefon xəttinizi kompyuterin daxili modem hissəsinə qoşub "Əlaqə" yaradırsınız. Əvvəlcədən əldə etdiyiniz internet kartının arxa üzünü diqqətlə oxuyun! İlk əvvəl kart üzərində olan PİN kod və Şifrəniz xanalarının pozulmamış olmasına diqqət yetirin. Daha sonar komyuterinizdə yaratığınız "Əlaqə"-nin İsdifadəçi adı (Username) bölməsinə newuser, Şifrə (Password) bölməsinədə newuser daxi edərək 115 nömrəsinə qoşulun.

Unutmayın: İstifadəçi adı (Username) və Şifrə (Password) yalnız latın hərfləri ilə yazılmalıdır. Qoşulma həyata keçirildikdən sonar www.nakhinternet.az saytında onlayn qeydiyyatdan keçmək lazımdır. Bu zaman açılacaq pəncərədə “ONLAYN QEYDİYYAT” bölməsinə daxil olub qeydiyyat üçün lazım olan məlumatları dəqiqliklə doldurun. Qeydiyyatdan keçdikdən sonar Siz internet bağlantınızdan qopun və bu dəfə artıq Siz qeydiyyat zamanı əldə etdiyiniz öz İstifadəçi adı və Şifrənizlə sistemə daxil ola bilərsiniz. Bunun üçün Siz "Əlaqə" pəncərəsində qeydiyyat zamanı əldə etdiyiniz İstifadəçi adı və Şifrənizi eyni adlı xanalra daxil edərək 115-ə qoşulmaqla internetə bağlana bilərsiniz. Bu cür qoşulma zamanı telefon xəttiniz internetdə olduğunuz müddətcə məşqul olacaqdır. İnternetə qoşulma zamanı qarşılaşacağınız texniki məsələlər üçün 116 Müştəri Xidmətlərinə zəng vuraraq müraciət edə bilərsiniz. Dial-up İnternet xidməti öncədən ödənişli internet kartları vasitəsi ilə həyata keçirilir.

 

 

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari