Haqqımızda

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (bundan sonra Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır.Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksək keyfiyyətli internet xidmətləri, web səhifələrinn tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir.Mərkəz həmçinin, kompüter tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək, əhalinin, dövlət hakimiyyəti  və idarəetmə orqanlarının, ictimai birliklərin və digər hüquqi şəxslərin kompüter texnologiyasının tətbiqi ilə əlaqədar tələbatının kadr hazırlığı vasitəsi ilə ödənilməsini təmin etmə, mülkiyyət - hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə fərdi kompüterlərin, proqram texniki vasitələrin, elektron texnikası məhsullarının və onların tərkib hissələrinin, digər elektron məmulatların satışı və təmirini təşkil etmək, informatika təliminin texniki və proqram vasitələrinin işlənməsi, hazırlanması və tətbiqini həyata keçirir.

Mərkəz tərəfindən müştərilərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan başlıca vəzifələrdən biridir. Mərkəzin ən böyük nailiyyəti onun kadrlarıdır. Mərkəzdə peşəkar və böyük iş təcrübəsinə malik olan yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

Mərkəz əhaliyə göstərilən İnternet xidmətini “Delta Telekom” MMC ilə bağlanmış müqaviləyə əsasən xidmətin Qlobal Şəbəkəyə qoşulmasını təmin etmək üçün ilk əvvəl peyk vasitəsilə, 2005-ci ilin iyun ayından etibarən isə qoşulma TAE (Trans-Asiya-Avropa) fiberoptik magistral xətti vasitəsilə həyata keçirilir.

Yüksək rabitə keyfiyyəti, qoşulma tezliyi, əlverişli qiymətlər - bütün bunlar hamısı yalnız İnternet Mərkəzinin abunəçilərinin rahatlığı ücündür!

 

AKTİV BÖLMƏ

BİZİM TOOLBAR

Bizim yeni "toolbar"ı aşağıdakı linklərdən yükləyə bilərsiniz:

İE 7+
Mozilla Firefox 3+
Safari