Cümə axşamı, 28 Mart 2024

"WhatsApp"ın yeni versiyasında dizayn yenilənməsi baş verib

"WhatsApp" tərtibatçı komandası özündə "Status" ların yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən yeniləmə buraxıb.

 Proqramın 2.22.11.13 nömrəli son versiyasında “Statuslar” dərc edilərkən smayliklər, mətn, şrift və mətn fonunun əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Daha əvvəl bu bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.

 Bundan əlavə, "statuslar"-ın yaradılması menyusuna sürətli məxfilik parametrləri əlavə edilib. İndi istifadəçilər yerləşdirilən "status"ları kimin görə biləcəyini seçə bilərlər.

“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş menyunun görünmə vaxtı barədə məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi