Cümə axşamı, 25 Aprel 2024

Qəribə şəbəkə adı iPhone-dakı Wi-Fi modulunu sıradan çıxarda bilər

İPhone-nun sistem boşluqları siyahısına yeni bug əlavə olunub. Məlum olub ki, iOS yenilənməsinin özəllikləri səbəbilə müəyyən ada sahib Wi-Fi şbəkəsinə qoşulmaq öz növbəsində iPhone-nun naqilsiz modulunu sıradan çıxarda bilər. Nəticədə bu problem smartfonu internetdən məhrum edir. Xoş xəbər ondan ibarətdir ki, bu problemi aradan qaldırmaq elə də çətin deyil və nəticədə istifadəçi məlumatlarının itirilməsi halı yaşanmır. Məlumata əsasən %p%s%s%s%s%n simvollar kombinasiyasından ibarət ada sahib şəbəkəyə qoşulan zaman iPhone-da Wi-Fi modul deaktiv olur.

Onun yenidən aktivləşdirilməsi isə qeyri-mümkün olur. Bununla belə bu cür ada sahib Wi-Fi şəbəkəsinə Android cihazlar problem yaşamadan qoşula bilirlər. iPhone-nu söndürüb / yandırmaq bu problemi aradan qaldırmır. Smartfonun normal çalışmasını yenidən təmin etməyin yeganə yolu şəbəkə ayarlarının sıfırlanmasıdır. Bunu isə Settings-ə daxil olmaqla etmək mümkündür. Settings > General > Reset > Reset Network Settings > Accept.

    Bu ardıcıllığı yerinə yetirdikdən sonra smartfonu yenidən işə salmaq lazımdır. Smartfonu yenidən işə saldıqdan sonra onun Wi-Fi modulu əvvəlki normal vəziyyətinə qayıdacaq. Mütəxəssislərin fikirlərinə əsasən cihazın özünü bu cür aparmasının əsas səbəbi ondadır ki, o, % simvoluna sahib şəbəkə adını adi mətn kimi yox məhz hansısa sistem əmri kimi qəbul edir. Məhz bu səbəbdən də smartfonun Wi-Fi modulu nəticədə sıradan çıxır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi