Cümə, 29 Mart 2024

IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı. IBM tərəfindən yaradılmş 2 nanometrlik prosessor müasir 7 nanometrlik prosessorlardan 45% daha performanslıdır. Bundan əlavə olaraq yaradılmış 2 nanometrlik prosessor 75% daha az enerji sərfiyyatı özəlliyinə sahibdir. Şirkət 150 kvadrat millimetr ölçüsündə olan çipin üzərində 50 milyard tranzistor yerləşdirə bilib. IBM-in sözlərinə əsasən bu cür yeni nəsil prosessor smartfon batareyalarının istifadə müddətlərini 400% artıra, kompüterlərin və istənilən proqram təminatının çalışmalarını təkmilləşdirə və o cümlədən avtomobillərdəki avtopilot sistemlərinin reaksiyalarını sürətləndirə bilər.

 Bu yeni texnologiya həmçinin data mərkəzlərdəsüni zəka və kvant hesablamalar üzrə laboratoriyalarda istifadə olunan elektrik enerjisinin xərclərini aşağı sala bilər.

 IBM hamıdan əvvəl bu cür prosessoru istehsal etməyi bacarıb. Qeyd etmək lazımdır ki, Apple M1A14 və Huawei Kirin 9000 prosessorları keçən il TSMC şirkətinin 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk 5 nanometrlik prosessorlar kimi təqdim olunmuşdular. Baxmayaraq ki, Snapdragon 888 prosessoru Samsung-un 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb, Qualcomm hələ də 7 nanometrlik texnoloji prosesdən istifadə edir. Eyni hal AMD üçün də keçərlidir. TSMC və Samsung şirkətləri hal hazırda 3 nanometrlik texnoloji proses üzərində çalışırlar və onun əsasında yaradılacaq ilk prosessorlar gələn ilin sonunda təqdim olunmalıdırlar. Intel-ə gəldikdə isə o, 7 nanometrlik prosessorunu 2023-cü ildə təqdim edəcək. İndi isə şirkət 10 və 14 nanometrlik prosessorlardan istifadə edir. 2 nanometrlik prosessorun istehlakçı cihazlarında nə zaman istifadə olunacağı bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi