Cümə, 16 Aprel 2021

Qualcomm-dan orta büdcəli smartfonlar üçün yeni Snapdragon 860 prosessoru

Qualcomm şirkəti ilk dəfə Poco X3 Pro smartfonunda istifadəyə verilmiş Snapdragon 860 prosessoru barəsində ətraflı məlumat verib. Texniki baxımdan bu yeni prosessor 2019-cu ildə təqdim olunmuş Snapdragon 855-in təkmilləşdirilmiş versiyası qismində çıxış edir və bahalı olmayan orta büdcəli smartfonlar üçün nəzərdə tutulub. Beləliklə Snapdragon 860 modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və onun mərkəzi prosessoruna 2.96 GHz tezlikdə çalışan 8 ədəd Kryo 485 nüvəsi daxildir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni göstəricilərlə Snapdragon 855 prosessoru maksimum 2.84 GHz tezlikdə çalışa bilir.

Lakin Snapdragon 855+ modeli yeni Snapdragon 860-in çalışdığı tezlikdə çalışır.

 Snapdragon 860-ı Snapdragon 855+ modelindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, yeni prosessor 16 GB-a kimi olan RAM-ları və 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli iki ekranla çalışma özəlliyini dəstəkləyir. Başqa özəlliklər baxımından hər iki prosessor eynidir. Onu da qeyd etmək lazımdır ki, Snapdragon 860-ın daxilinə yalnız 4G şəbəkəsində çalışan Snapdragon X24 modemi daxildir. Smartfon istehsalçıları istəyə uyğun olaraq ayrıca 5G dəstəkli Snapdragon X50 modemini inteqrasiya edə bilərlər. Yaxın zamanda Snapdragon 860-a sahib daha çox orta büdcəli smartfonun təqdim olunacağı gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi