Cümə, 19 Aprel 2024

Microsoft şirkəti Windows 10-a Android tətbiqlərin dəstəyini əlavə etməyi planlaşdırır

 

 

Bir neçə müddət bundan öncə Apple şirkətinin M1 adlı ARM prosessoruna sahib yeni MacBook modelləri satışa çıxdılar. Yeni MacBook modellərinin əsas özəlliklərindən biri də odur ki, onlar iOS tətbiqlərini dəstəkləyirlər. Görünür, Microsoft şirkəti Apple-dan geri qalmaq niyyətində deyil. Belə ki, ortaya çıxmış məlumata əsasən Microsoft şirkəti Windows 10-a mobil tətbiqlərin dəstəyini əlavə etməyi planlaşdırır. 

 Windows Central əməkdaşı Zac Bowden bildirib ki, Microsoft şirkəti Windows 10-da Android tətbiqlərin işə salınması ideyasını ya nəzərdən keçirdir ya da artıq bu cür özəllik üzərində çalışır. Məlumata əsasən Android tətbiqlər birbaşa Microsoft Store mağazasına inteqrasiya olunacaqlar. Bu funksiyanın gələn il təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bir sıra Samsung smartfonlarının istifadəçiləri öz tətbiqlərini Windows kompüterlərdə işə sala bilirlər.

    Bu cür özəlliyi həmçinin Huawei şirkəti də öz smartfonlarında reallaşdırıb. Lakin bu şirkətlərin təqdim etdikləri funksiyalarda mobil cihazdan kompüterə hansısa tətbiqin ötürülməsi nəzərdə tutulub. Microsoft isə Android tətbiqləri birbaşa Windows 10-a inteqrasiya etməyi istəyir. Bu məsələdə şirkətin Google Play qaydalarından necə yan keçəcəyi bilinmir. Belə ki, bəzi tətbiqlərin işə salınması üçün Google Play servisləri tələb olunur. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi