Cümə, 29 Mart 2024

İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tamamilə ləğv edəcək

 

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən Galaxy Z Fold 3-ü smartfonunu S Pen stilusu ilə təchiz etməyi panlaşdırır. İnsayderlərin yeni hesabatları qatlana bilən Galaxy Z Fold 3 smartfonunun güman olunan satış tarixini özündə birləşdirir. Bununla yanaşı hesabatdakı məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından ümumiyyətlə imtina etmək niyyətindədir. 

 Verilmiş yeni məlumata əsasən Samsung-un 2021-c ildə satışa çıxardacağı yeni qatlana bilən smartfonu dözümlü ekran örtüyü sayəsində S Pen stilusunu dəstəkləyəcək. Bu halda Galaxy Note seriyasının yeni modelləri satışa çıxmayacaqlar. Belə ki, Galaxy Note seriyasının fərqləndirici özəlliyi olan S Pen stilusu Samsung-un digər smartfonlarında dəstəklənəcək. Bununla yanaşı təqdim edilmiş hesabatda ekranın alt hissəsinə kamera modulunun yerləşdirilməsindən də bəhs edilir. Güman olunur ki, Galaxy Z Fold 3 smartfonunda ön kamera məhz bu cür texnologiya üzrə reallaşdırılacaq. Güman olunur ki, Galaxy Z Fold 3-ün təqdimatı gələn ilin iyun ayında baş tutacaq. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi